Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2268
15.06.2021, 20:51
"Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır".
Oxu24.com xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. O qeyd edib ki, Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə, bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək.
"Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə birgə Qarabağdakı birgə fəaliyyətimizi ö nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın".
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, bu bəyannaməyə əsasən, Türkiyə Cənubi Qafqazda Azərbaycanın təhlükəsizliyinin qarantı olacaq. Bununlada, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olacaq. Hər hansı bir təhdid olacaqsa, meydanda açıq şəkildə Türkiyəni görəcəklər.
"İkinci, Qarabağın müəyyən bir hissəsində ermeni separtizminə zərbə vurulacaq. Üçüncü, Ermənistanın Azərbaycana qarşı müəyyən mərhələdə hər hansı bir provakasiyalarına son qoyulacaq. Xüsusilə, Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar. Çünki buradakı qanunsuz silahli erməni birləşmələri təhlükəsizliyi təhdid edir və Türkiyə Rusiyadan konkret olaraq onların ləğv edilməsini tələb edəcək. Dördüncü, Rusiyanin Azərbaycana qarşı hərhansı bir hərbi təzyiqləri neytrallaşacaq.
Bu Bəyannamə iki ölkə arasında hərbi paktın bir nümunəsidir və burada müəyyən olunan bəndlər, əsasən, gələcəkdə hərbi əməkdaşlığın yeni bir müqaviləsini bağlamaga gətirib çıxara bilər. Bu da Türkiyənin hərbi bazalarının Azərbaycanda rəsmən yaradılmasıdır".
Məlumat üçün bildirək ki, bu gün imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.