Şəhid Vəfadar Quluzadənin doğum günüdür
19 Avqust 2025, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86HƏRBİ
4014
06.03.2021, 00:07
Hərb meydanında tarix yazan Azərbaycan qəhrəmanları 30 illik Vətən həsrətinə öz qanları bahasına son qoydular. Şərəfli ömür yolu keçən qəhrəmanlar öz igidlikləri ilə qəlblərdə yer saldılar. Belə qəhrəmanlarımızdan olan şəhid İlqar Həsənovu tanıyaq.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Həsənov İlqar Nadir oğlu 1990-cı il yanvar ayının 20-də Beyləqan rayonunun Dünyamalılar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanır.
İlqar haqqında qürurla danışan atası Nadir Həsənov deyir ki, Vətən müharibəsində ilk günlərdən döyüşə atılan İlqar və döyüşçü yoldaşları Füzuli istiqamətində düşmənin birinci səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra onlar Cəbrayıl uğrunda gedən döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv ediblər. Yeni tapşırıq üzrə İlqar Hadrut istiqamətində irəliləyib. Növbəti uğurlu tapşırıqları isə Zəngilan və Qubadlı istiqamətində olub.
İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noyabrın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib. Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub.
Həmçinin oxuyun
Şəhidin anası Azadə Həsənova qəhrəman oğlu haqında göz yaşı ilə danışsa da, qürur hissi keçirir: "İlqar Vətəninə çox bağlı idi. O, hətta torpağı öz valideynlərindən və iki övladından da çox sevirdi. Hər zaman bir amal uğrunda yaşayırdı - torpaqlarımızı yağı düşməndən azad etmək və şəhidlərimizin qisasını almaq. Arzusuna çatdı, öz canını fəda edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. Biz İlqar ilə hər zaman fəxr etmişik, bundan sonra da fəxr edəcəyik", - deyə şəhid anası söyləyib.
İlqar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı təltif edilib. Şəhidin bir qız və bir oğlan övladı yadigar qalıb.
23:59 / 21 Avqust 2025
Azərbaycanda 24,2 milyon manatlıq LAYİHƏ
52
23:55 / 21 Avqust 2025
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
53
23:48 / 21 Avqust 2025
Azərbaycanda partlayış - 3 nəfər ağır yaralandı - YENİLƏNİB - VİDEO
50
23:35 / 21 Avqust 2025
Ağdərədə başlayan yanğın Ağdama yayıldı - VİDEO
44
23:19 / 21 Avqust 2025
Şəhərdə səs-küy salan gülün sahibi bilindi - VİDEO
56
21:42 / 21 Avqust 2025
Ağdərədəki yanğında minalar partladı - Yaralı var-Yenilənib
114
21:38 / 21 Avqust 2025
Bu yolda sürət həddi endirildi
86
20:12 / 21 Avqust 2025
“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan
103
18:46 / 21 Avqust 2025
Hadisənin paylaşımındakı bu detal dindarları ayağa qaldırdı - FOTO
96
17:30 / 21 Avqust 2025
Qəbul nəticələri bu tarixdə bilinəcək - RƏSMİ
107
15:55 / 21 Avqust 2025
Bu ölkə Rusiya ilə sərhəddə divar tikir
93
15:45 / 21 Avqust 2025
Rusiya Avropanın Ukrayna ilə bağlı planlarını rədd edir
94
15:39 / 21 Avqust 2025
Məhkəmə Rəqsanə ilə bağlı qərar verdi
514
15:30 / 21 Avqust 2025
Putindən yeni TƏYİNAT
95
15:27 / 21 Avqust 2025
Litva Belarusla sərhəd yaxınlığında uçuşlara qadağa tətbiq edir
94
14:58 / 21 Avqust 2025
"Qarabağın Həcəri" daxili işlər naziri Vilayət Eyvazova müraciət etdi
1172
14:54 / 21 Avqust 2025
Türkiyə İsraillə bağlı YENİ QƏRAR VERDİ
159
14:49 / 21 Avqust 2025
Antalyada tur avtobusu DƏRƏYƏ AŞDI
98
14:43 / 21 Avqust 2025
Şimali Koreyanın gizli raket bazası tapılıb
97
14:33 / 21 Avqust 2025
"Şimal axını"nda partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
91
14:29 / 21 Avqust 2025
Ukrayna bu ərazini GERİ QAYTARDI
109
14:09 / 21 Avqust 2025
Ermənistan hərbi xərcləri artırmayacaq
95
14:06 / 21 Avqust 2025
Belaruslular nüvə başlıqları ilə silahlanırlar
91
13:46 / 21 Avqust 2025
Azərbaycanda ət 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
508
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.