Qaynar xətt:

(+99450) 247 90 86

Erməni əsgər gülləni öz başına vurdu - Qarabağda intihar

Erməni əsgər gülləni öz başına vurdu - Qarabağda intihar

HƏRBİ

1340

03.09.2018, 10:34

\"\" Ermənistan ordusunda daha bir intihar hadisəsi baş verib.
Femida.az erməni mətbuatına istinadən xəbər verir ki,hadisə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində yerləşən hərbi hissələrin birində baş verib.2 sentyabr 21:00 radələrində işğalçı ölkənin əsgəri aldığı güllə yarasından ölüb.İlkin versiyaya görə,əsgər intihar edib.Məlumata görə,Vanik Artur Gevoryan 1996-cı ildə İrəvanda anadan olub.Faktı rəsmi mənbələr də təsdiqləyib. Hadisə ilə bağlı cinayət işi açılıb,araşdırma aparılır.
Qeyd edək ki, ciddi problemlər yaşayan düşmən ordusunda intihar halları tez-tez baş verir.Çox zaman əsgərlərin ölümü ilə bağlı açılan cinayət işləri araşdırma aparılmadan bağlanır.Bu isə zaman-zaman əsgər valideynlərinin rəsmi idarələrin qarşısında kütləvi mitinqi ilə müşahidə olunur.