Azərbaycan hərbçiləri "EFES-2026"da gəminin ələ keçirilməsi tapşırığını icra edib
18 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
960
22.09.2020, 18:18
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komisarlıqlarına yaxınlaşmaları istənilib.
Komisarlığa dəvət olunan gənclərin istisnasız olaraq təlimlərə cəlb edilməsi cəmiyyətdə bəzi narazılıq yaradıb. Belə ki, sosial şəbəkədə gedən müzakirələrdə bəzi gənclərin ailələrinə baxdıqları üçün təlimlərdə iştirak edə bilməsi qeyd olunub. Mövcud vəziyyətdə gənclərin hərbi təlimlərə məcburi cəlb olunması məsələsi müzakirə obyektinə çevrilib.
Mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət edilib və gəcnlərin hərbi təlimlərdə iştirakdan imtina hüququnun olub-olmamasını aydınlaşdırıb.
Vəkil bildirib ki, bəzi gənclər məcburi qaydada hərbi təlimlərə cəlb olunurlar və onlar bundan imtina edə bilməzlər:
“Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
Birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
İkinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
Üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə”.
Vəkil əlavə etdi ki, Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:
“Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;
Kiçik zabitlər – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;
Baş zabitlər: mayor və polkovnik-leytenantlar – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər – birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60
Ali zabitlər – birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.
Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.
Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:
– Hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində;
– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;
– Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;
– Qadın hərbi vəzifəlilər;
– Mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
– Dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);
– Əyani təhsilalma forması üzrə – təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə – semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
– Hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar”.
11:33 / 21 May 2026
1
11:29 / 21 May 2026
13
11:15 / 21 May 2026
135
11:11 / 21 May 2026
25
11:00 / 21 May 2026
42
10:56 / 21 May 2026
56
10:48 / 21 May 2026
223
10:39 / 21 May 2026
149
10:38 / 21 May 2026
50
10:34 / 21 May 2026
55
10:23 / 21 May 2026
49
10:19 / 21 May 2026
55
10:16 / 21 May 2026
57
10:13 / 21 May 2026
103
10:06 / 21 May 2026
61
10:05 / 21 May 2026
53
10:03 / 21 May 2026
211
10:00 / 21 May 2026
57
09:53 / 21 May 2026
52
09:30 / 21 May 2026
58
09:14 / 21 May 2026
145
00:59 / 21 May 2026
265
00:33 / 21 May 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.