Azərbaycan hərbçiləri "EFES-2026"da gəminin ələ keçirilməsi tapşırığını icra edib
18 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1322
11.09.2020, 10:47
Bu gün sosial şəbəkələrdə, o cümlədən müxalif YouToube kanallarında cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun əmri ilə ordudan qovulması barədə xəbərlər yayılıb.
İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə cəzalandırılıblar.
Virtualaz.org bu iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Müdafiə Nazirliyindən bəyan ediblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır.
“Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar.
Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.
Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”,-nazirliyin bəyanatında bildirilir.

00:33 / 21 May 2026
25
23:47 / 20 May 2026
56
23:36 / 20 May 2026
48
23:16 / 20 May 2026
180
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
68
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
63
22:14 / 20 May 2026
157
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
253
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
82
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
63
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
71
21:52 / 20 May 2026
573
21:42 / 20 May 2026
252
21:39 / 20 May 2026
60
21:39 / 20 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.