Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3624
az

Ərdoğanın təltif etdiyi aprel şəhidi - 34 il tamam oldu

10:1913 İyul, 2018
3133
HƏRBİ
  • A
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun doğum günüdür.

Oxu24.com  xəbər verir ki, M.Orucov yaşasaydı, 34 yaşını qeyd edəcəkdi.

Mühüd Orucov 1984-cü il 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8 sinifi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib. Türkiyədə bir neçə aylıq kurs keçib. Keçdiyi kursda Azərbaycan komandası olaraq birinci yeri qazanıblar. Türkiyə Respublikasının hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən özü onları təltif dib.

O, bir neçə uğurlu əməliyyatların iştirakçısı olub. 2014-cü ilin avqust ayında ön cəbhədə uğurlu əməliyyat həyata keçirib. Ermənilər həmin əməliyyatlarda böyük itkiyə məruz qalıb. Bu əməliyyatlardan sonra M.Orucov Ai Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.

Kapitan Mühüd Orucov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid kapitan aprelin 12-də doğulduğu Fərəhli kəndində son mənzilə yola salınıb.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Mühüd Orucov ailəli idi, əkiz oğlanları yadigar qalıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar
Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı