Müdafiə Nazirliyinin məlumatı:Bu şəxslər çağrılır
19 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
648
11.02.2020, 14:59
“Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər”.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım Publika.az-a özəl açıqlamasında deyib.
Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına baxış bucağı barədə danışan millət vəkili bildirib ki, müharibə, hərb ən son çıxış yolu ola bilər: “Vətəndaşlarımızın burnunun belə qanamasını istəmirik. Müharibəni ağlımızdan belə keçirmirik. Çünki bugünkü savaşlar masa başında qazanılıb. Problemin diplomatik yolla həll edilməsi vacibdir. Çünki regionda balanslaşma var. Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri yaxşıdır. Eyni zamanda, Rusiya Ermənistanın daxili məsələlərinə, təhlükəsizliyinə, elektrik enerjisinə belə nəzarət edir. Ona görə Qarabağ həssas məsələdir. Amma şərtlər dəyişərsə, türk millətinin qarşısını kəsə bilməzsiniz. Bu fərqli bir şeydir. Qarabağ münaqişəsi başlandığı zaman könüllü şəkildə gələn minlərlə insan var idi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan əlaqədir. Borcumuz bu münasibətlərə kölgə salacaq xainlərə qarşı savaşmaqdır. Bu ortamı itirməməliyik. Yaşadığımız coğrafiyada bizə yuxu yoxdur”.
23:06 / 20 Noyabr 2026
25
22:45 / 20 Noyabr 2026
60
22:35 / 20 Noyabr 2026
60
22:22 / 20 Noyabr 2026
75
22:01 / 20 Noyabr 2026
92
21:52 / 20 Noyabr 2026
82
21:48 / 20 Noyabr 2026
84
21:21 / 20 Noyabr 2026
94
20:50 / 20 Noyabr 2026
131
20:40 / 20 Noyabr 2026
175
20:33 / 20 Noyabr 2026
116
20:25 / 20 Noyabr 2026
238
20:25 / 20 Noyabr 2026
123
20:20 / 20 Noyabr 2026
122
20:18 / 20 Noyabr 2026
114
20:06 / 20 Noyabr 2026
114
20:02 / 20 Noyabr 2026
802
20:01 / 20 Noyabr 2026
108
19:50 / 20 Noyabr 2026
137
19:50 / 20 Noyabr 2026
115
19:46 / 20 Noyabr 2026
121
19:37 / 20 Noyabr 2026
156
19:37 / 20 Noyabr 2026
1371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.