Azərbaycan Ordusunun mayoru vəfat ETDİ
07 Mart 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
206
10.03.2026, 16:14
Azərbaycanda hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi məsələsi hər zaman aktual mövzulardan biri olub. Xüsusilə, son dövrlərdə inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi fonunda hərbçilərin maaşlarının və kirayə kompensasiyasının artırılması məsələsi yenidən gündəmə gəlib. Bu istiqamətdə Milli Məclisdə də müxtəlif təkliflər səsləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasının vacibliyi vurğulanıb.
Bəs görəsən, hərbi qulluqçuların maaşlarının və kirayə kompensasiyasının artırılması bu il üçün nə dərəcədə realdır?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, belə qərarlar əsasən dövlət başçısının fərman və sərəncamları ilə həyata keçirilir və hər il dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ müzakirə olunur.
Ekspertin sözlərinə görə, yaxın vaxtlarda Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hesabatı dinlənilərkən hərbi qulluqçuların məvaciblərinin və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra təkliflər səsləndirilib. Bu təkliflər arasında maaşların və kirayə kompensasiyasının artırılması da yer alıb.
“Hazırda bu məsələ təklif səviyyəsindədir. Onun reallaşıb-reallaşmayacağı il ərzində məlum olacaq. Mən ümumiyyətlə hesab edirəm ki, hərbi qulluqçular ən yüksək maaşla təmin edilməlidir. Kirayə haqqı da yüksək səviyyədə olmalıdır. Təəssüf ki, bəzi məmurlar bunu tam anlamır. Halbuki hərbi qulluqçu bayram demədən, istənilən hava şəraitində vətən qarşısında xidmət edir”, – deyə Üzeyir Cəfərov qeyd edib.
Həmçinin oxuyun
Ekspert bildirib ki, inflyasiya və sosial şərtlər nəzərə alınaraq hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilməlidir.
“Xüsusilə hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması təkcə şüar olaraq qalmamalı, real addımlarla təmin edilməlidir.
Dünyada baş verən proseslər fonunda hərbi qulluqçuların daim diqqətdə saxlanılması və onların özlərini sosial baxımdan güvənli hiss etməsi dövlət üçün prioritet məsələlərdən biri olmalıdır”.
19:06 / 10 Mart 2026
320
18:59 / 10 Mart 2026
35
18:56 / 10 Mart 2026
61
18:42 / 10 Mart 2026
45
18:39 / 10 Mart 2026
37
18:34 / 10 Mart 2026
44
17:57 / 10 Mart 2026
81
17:54 / 10 Mart 2026
72
17:49 / 10 Mart 2026
90
17:44 / 10 Mart 2026
62
17:34 / 10 Mart 2026
269
17:30 / 10 Mart 2026
80
17:29 / 10 Mart 2026
184
17:27 / 10 Mart 2026
83
17:14 / 10 Mart 2026
988
17:13 / 10 Mart 2026
69
16:52 / 10 Mart 2026
66
16:40 / 10 Mart 2026
1265
16:38 / 10 Mart 2026
60
16:37 / 10 Mart 2026
65
15:55 / 10 Mart 2026
271
15:50 / 10 Mart 2026
78
15:44 / 10 Mart 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.