Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb
30 Sentyabr 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
836
06.03.2026, 14:29
5 martda İranın Naxçıvana 4 PUA ilə hücum etdiyi barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı. Rəsmi məlumatda bildirilirdi ki, İranın 4 dronundan biri vurulub, 3-ü isə Naxçıvanın mülki infrastrukturuna düşüb.
İranın 4 PUA-sından cəmi birinin vurulması suallar yaradıb.
MN-in açıqlamasına qədər isə İranın iki PUA ilə hücum etdiyi, birini Naxçıvan aeroportuna, digərinin isə orta məktəb yaxınlığına düşdüyü bildirilirdi. 3-cü PUA-nın hara düşdüyü haqda detallar elan edilməyib.
Digər tərəfdən, MN hücum edən PUA-ların növü haqda da rəsmi bilgi verməyib. Ancaq SEPAH-a yaxın Teleqram kanalları “2 ədəd “Araş-2” PUA-sı” ilə hücum edildiyini yazıb.
“Araş-2” 2020-ci ildən İran ordusunun arsenalına daxil edilib, uzaqmənzilli birtərəfli hücum pilotsuz təyyarəsidir. 2000 km zərbə mənzilinə malikdir və 150 kq döyüş başlığı daşıyır. Təkmilləşmiş drondur və dağıdıcı gücü də az deyil.
Uzaqmənzilli PUA-nın Azərbaycan sərhədi istiqamətində hərəkəti əlbəttə ki, əvvəlcədən təsbit edilmişdi. Bəs, niyə yalnız Azərbaycanın HHM sistemləri yalnız birini vura bilib?
1. Böyük ehtimalla, təsbit edilən obyektlərin Azərbaycan sərhədi yaxınlığında uçması hazırda İranda müharibə səbəbindən normal qarşılanıb;
2. PUA-ların Azərbaycan sərhədini qısamüddətli keçməsinə görə dərhal hərəkətə keçilməsi və vurulması haqda komandanlığın əvvəlcədən qərarı olmayıb. Bu, qısamüddətli və təsadüfi sərhəd pozuntusu da sayıla bilər ki, bu zaman PUA-nın vurulması İran tərəfindən düşmənçilik kimi qəbul oluna bilərdi. Təsadüfi deyil ki, İran Körfəz ölkələrini həm də “İsrailə uçan raketlərini zərərsizləşdirdiyi üçün” hədəf seçib;
3. Naxçıvan Beynəlxalq Hava Limanı Arazın sahilindədir, Araz çayı ilə məsafə cəmi 1,1 kilometrdir. PUA-ların Azərbaycan sərhədini pozması qeydə alınanda onların hələ hücum etdiyi bəlli deyildi. Yəni İran PUA-ları təxminən 1 km sərhədimizə daxil olmuşdular. Bu, sərhədpozma da ola bilərdi. Belə çıxır ki, İran PUA-ları sərhədi keçən kimi zərbə endirib;
4. İranın 2 PUA-sının zərbə endirdiyi şahidlər tərəfindən qeydə alınıb, bu görüntülər hər yerdədir, amma 3-cü və vurulan 4-cü PUA-nın görüntüsü yoxdur.
Beləliklə, versiya budur: İran PUA-larının sərhədimizə doğru hərəkəti qeydə alınır, ancaq onların təsadüfən sərhədi pozduğu tərəddüdü yaranır (çünki İranın Azərbaycana hücum üçün heç bir səbəbi yoxdur), ancaq PUA-ların sərhədi keçən kimi hücum etdiyi müşahidə olunduğu üçün növbəti PUA məhv edilir. Mümkündür ki, 4-cü PUA-nın ümumiyyətlə sərhədi pozmasına imkan verilməyib, ona görə də sakinlər onu qeydə ala bilməyib...
Artıq Azərbaycan Ordusuna tapşırıq verilib və səfərbərlik vəziyyəti elan edilib. İndi sərhədimizə yaxınlaşan “uçan obyekt”in dərhal məhvi artıq göstərişdir.
Axar.az
15:27 / 01 Oktyabr 2026
8
14:55 / 01 Oktyabr 2026
38
14:53 / 01 Oktyabr 2026
63
14:41 / 01 Oktyabr 2026
59
14:30 / 01 Oktyabr 2026
50
14:28 / 01 Oktyabr 2026
81
14:24 / 01 Oktyabr 2026
62
14:07 / 01 Oktyabr 2026
102
14:05 / 01 Oktyabr 2026
66
13:57 / 01 Oktyabr 2026
70
13:39 / 01 Oktyabr 2026
69
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
68
12:14 / 01 Oktyabr 2026
103
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
94
11:22 / 01 Oktyabr 2026
77
11:12 / 01 Oktyabr 2026
78
10:54 / 01 Oktyabr 2026
83
10:49 / 01 Oktyabr 2026
126
10:43 / 01 Oktyabr 2026
91
10:41 / 01 Oktyabr 2026
655
10:39 / 01 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.