Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3429
01.03.2025, 12:15
Oxu24.com xəbər verir ki, “N” saylı hərbi hissənin qərargah rəisi olan Ə.Şadmanov 20 il Vətənə xidmət edib.
O, Vətən müharibəsi dövründə Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vacib yüksəkliklərin ələ keçirilməsində xüsusi şücaət göstərib. Şuşa ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Şadmanovun taboruna həvalə olunub.
44 günlük Vətən müharibəsinin yekunlarına görə Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, “İgidliyə görə” medalı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.
2022-ci ilin avqust ayında keçirilən “Qisas əməliyyatı” zamanı Ə.Şadmanov döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunması və xüsusi şücaət göstərərək Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Bir il sonra “Antiterror əməliyyatı” zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək bir neçə hakim yüksəkliyin düşməndən azad edilməsində yaxından iştirak edib.
Əkrəm Şadmanov 2023-cü il sentyabrın 24-də Ağdamın Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən “KamAZ” markalı avtomobillə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olub.
Polkovnik-leytenant İkinci Fəxri xiyabanda dəfn olunub.
Prezidentin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Onun Solmaz adlı qızı və Araz adlı oğlu yadigar qalıb.
00:04 / 25 Avqust 2026
106
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
75
22:49 / 24 Avqust 2026
101
22:49 / 24 Avqust 2026
102
22:25 / 24 Avqust 2026
206
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
120
20:58 / 24 Avqust 2026
127
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
97
19:38 / 24 Avqust 2026
99
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
204
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
988
19:00 / 24 Avqust 2026
78
18:59 / 24 Avqust 2026
421
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.