Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11361
az

"Belarus Azərbaycana Ermənistan ordusu üçün keçilməz maneələr yaradan komplekslər göndərəcək"

12:2128 Mart, 2019
886
HƏRBİ
  • A
 
"Bu ilin əvvəlində Azərbaycan Belarusdan "AGAT - İdarəetmə sistemləri" tərəfindən istehsal olunan "Lektor" səyyar atəşi idarəetmə sistemini satın alıb. Üstəlik, yeni kompleks artıq bu ilin mart ayında Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri zamanı istifadə olunub".

Bu barədə Ordu.az-a məşhur belaruslu hərbi ekspert Aleksandr Tixanski məlumat verib.


"Azərbaycanın Belarusdan sifariş portfelinin həcmi daim artır. Beləliklə, növbədə "Sinitsa" kompleksidir, onların əsas təyinatı düşmən hərbi təyyarələrinə qarşı həm amplitudaya, həm də tezliyə görə modullaşdırılan keçilməz maneələrin yaradılmasından ibarətdir. Tam fəaliyyət göstərən əməliyyat sistemi, düşmən təyyarələri arasında radio əlaqəni təmamilə poza bilir, kəşfiyyat təyyarələrindən məlumat ötürülməsini məhdudlaşdıra və ya raket daşıyıcılarının hədəfə tuşlanması imkanlarının qarşısını ala bilər.

Artıq bu il, "qocalmayan" BTR-70MB1 maşınları təslim edilə bilər. Yeni maşın, onun əsaslı təmiri ilə üst-üstə düşmüş Sovet İttifaqının "70-cilərinin" ciddi şəkildə modernləşdirilməsinin nəticəsidir", - deyə A. Tixanski bildirib.

Müsahibimizin sözlərinə görə, T-72B3 tankları da Azərbaycanda maraq doğurur. Bu, hazırda 1150 at gücünə malik müasir bir güc qurğusu ilə təchiz edilən və daha qabaqcıl atəş idarəetmə sisteminə malik Sovet T-72 tankının ən son modifikasiyasıdır. Bundan əlavə tanka söküləbilən yan ekran modul qorunması da əlavə edilib. Yuxarıdakıların hamısına əlavə olaraq, 125 mm-lik 2A45M-5 topunun dəqiqliyi də artırılıb. Yüksək göstəricilər sonuncuya Belarus mühəndisləri tərəfindən hazırlanan yeni ballistik kompüter və avtomatik izləmə sisteminin "Sosna-U" müasir tuşlayıcı nişangahına tətbiqi sayəsində əldə edilib.

"Beləliklə, biz Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq prosesinin davam etməsindən, habelə onun yeni hərbi texnologiyalara çıxışından danışa bilərik", - deyə A. Tixanski fikrini yekunlaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu  böyük  miqyasda hərəkətə keçdi
Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Belarus Azərbaycana elə silah satdı ki, Ermənistanı yox etmək olar - DETALLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu