Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10364
az

ŞOK! Ermənistanın hücuma keçmək istəyi ilə bağlı xəbərə Müdafiə Nazirliyindən CAVAB

09:3727 Fevral, 2019
1102
HƏRBİ
  • A
 
Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri David Tonayan ölkənin İcimai televiziyası vasitəsilə çıxış edərək Ermənistanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini deyib.

Azərbaycanın Müdafiə Nazirliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

"2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - deyə məlumatda qeyd olunub.


{banner_reklam}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu ölkədə də quş qripi aşkarlandı