Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuz ermənilərin təxribata cəhd edən texnikasını vurdu

2019-02/1550753126_221eb-1550749174.jpg

HƏRBİ

804

21.02.2019, 16:45

\"\" 
ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib. Oxu24.com   Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri \"X-55\" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib. \"\"