Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96078
az

Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı

12:1203 Oktyabr, 2023
588
ELANLAR
  • A

Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı  

Ölkənin birinci bankı Kapital Bank 5000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir. “Agile” iş tərzi, davamlı və sürətli inkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karyera imkanlarına sahib olmaq istəyən İT mütəxəssislər üçün yeni vakansiyalar elan edib.

Əsas rəqabət üstünlüyü və işçi dəyər təklifi öyrənmə, eləcədə inkişaf üzərinə qurulan bank namizədlərə peşəkar mühit, yeni biliklər və qabaqcıl təcrübə vəd edir. Uğurlu rəqəmsal və data transformasiyası yolunda olan bank innovativ yenilikləri tez qavrama və onlarla çalışma bacarığı ilə yanaşı əməkdaşlarına böyük beynəlxalq təcrübə qazandırır.

Nüfuzlu “Great Place To Work” (“Mükəmməl iş yeri”) mükafatını Azərbaycanda alan ilk bank da məhz Kapital Bank-dır. Əsas məqsədi əməkdaşlarının inkişafı  üçün mükəmməl karyera imkanları yaratmaq olan Kapital Bank komandasına qoşulmaq istəyənlər //hr.kapitalbank.az  saytına daxil olaraq şəxsi kabinet yaradıb özləri barədə ətraflı məlumatları qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı