Arazın Cırtdanı ilə yağ kimi endirimlər!
07 May 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1997
03.10.2023, 23:16
Global Interiors Group
Sahə memarı /draftsman (Qarabağ bölgəsi)
Son tarix 03 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
İnşaat layihələrinin memarlıq və dizayn tələblərini yoxlamaq və verilən məlumatlar əsasında hazırlamaq;
Tikinti sənədlərini və çertyojları nəzərdən keçirtmək, başa düşmək və aşkar edilmiş çatışmazlıqlar və uyğunsuzluqlar düzəltmək üçün təklifləri rəhbərliyə təqdim etmək;
Layihənin icrası üçün hazırlanmış layihə tapşırıqlarının tələb olunan normativlərə uyğunluğunu təmin etmək;
Tikinti və təmir işlərində istifadə olunacaq uyğun material və məmulatları seçmək, onların lazımi sayını və ya ölçüsünü hesablamaq və tikinti smeta dəyərini formalaşdırmaq;
Layihənin memarlıq üzrə tələb olunan texniki sənədlərini hazırlamaq, bu və digər əlaqədar sənədləri toplamaq.
Layihənin yerinə yetirilməsi üçün tələb olunan materialların xərc baxımından effektivliyini təmin etmək;
Tikinti layihəsinin razılaşdırılmış plan üzrə inkişafına, orada istifadə olunan materialların tikintidə texniki şərtlərə cavab verməsinə nəzarət etmək;
Layihə ilə əlaqəli normativ sənədləri və hesabatları layihəyə cəlb olunan komanda üzvləri ilə birgə işləyib hazırlamaq;
Tələblər:
Təhsil: Memarlıq üzrə ali təhsil
Təcrübə: Sahə memarı, layihəçi memar və draftsman işlərində minimum 3 il iş təcrübəsi
Kompyuter proqramları: MS Office, Revit, AutoCAD, Adobe Photoshop, SketchUp
Bilik və bacarıqlar: peşəkar tərtibat/texniki rəsmlər proqramlarının peşəkar istifadəçisi
Tələblərə uyğun gələn namizədlər cv göndərərək və verilən vəzifənin adını qeyd edərək müraciət etməkləri xahiş olunur.
09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.