Trampdan İranla bağlı AÇIQLAMA
01 Noyabr 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
711
01.04.2022, 00:53
Rusiya Müdafiə Nazirliyində Baydenin oğlu Hanter Baydenin Ukraynadakı bio laboratoriyaların maliyyələşdirilməsi ilə bağlı yazışmaları var.
Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirilov bildirib.
“Bu, Ukraynada ABŞ-ın hazırkı prezidentinin oğlu Hanter Baydenlə ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması İdarəsinin əməkdaşları ilə Pentaqonun podratçıları arasında keçən yazışmalardır. Həmin materialların mövcudluğu Qərb mediası tərəfindən təsdiqlənir. Məktubların məzmunu Hanter Baydenin Ukraynada patogenlərlə işləmək üçün maliyyə imkanının ayrılmasında, vəsaitin təmin edilməsində mühüm rol oynadığını göstərir. Məktubların birində “Ukraynanın Rusiyadan ayrı, mədəni və iqtisadi müstəqilliyinin təmin edilməsi” ifadəsi keçir. Bu, biotexnologiya şirkəti üçün olduqca qəribədir", - deyə o vurğulayıb.
Kirilovun sözlərinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ərazisində bioloji silah komponentləri hazırlayan şəxslərin siyahısını dərc edib. Rusiya silahlı qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı zamanı qarayara, vəba və Afrika donuz taunu kimi viruslarla işləyən beş Kiyev bioloji laboratoriyasının fəaliyyəti aşkarlanıb:
“Araşdırma zamanı Krım-Konqo qızdırması virusu, hantaviruslar və leptospirozun törədicisi ilə işlər görüldüyü məlum olub. Onu da qeyd edim ki, bu kimi virusların ölkələrə yayılması üçün ABŞ-da pilotsuz uçuş aparatı da patentləşdirilib. PUA ilə düşmən qoşunları ABŞ hərbi personalı üçün risk olmadan məhv edilə və ya sıradan çıxarıla bilər. Digər araşdırmalar isə kimyəvi və bioloji preparatların çatdırılması üçün müxtəlif növ sursatların olduğunu göstərir. Bu, Vaşinqtonun təmassız müharibə konsepsiyasını həyata keçirmə planlarıdır”.
11:09 / 01 Noyabr 2026
44
11:03 / 01 Noyabr 2026
30
11:01 / 01 Noyabr 2026
30
11:00 / 01 Noyabr 2026
33
10:07 / 01 Noyabr 2026
17
09:05 / 01 Noyabr 2026
18
23:55 / 31 Oktyabr 2026
3147
23:52 / 31 Oktyabr 2026
430
23:44 / 31 Oktyabr 2026
624
23:22 / 31 Oktyabr 2026
143
22:59 / 31 Oktyabr 2026
300
22:32 / 31 Oktyabr 2026
2380
22:31 / 31 Oktyabr 2026
209
21:19 / 31 Oktyabr 2026
157
21:09 / 31 Oktyabr 2026
158
20:59 / 31 Oktyabr 2026
4813
20:51 / 31 Oktyabr 2026
304
20:46 / 31 Oktyabr 2026
171
20:37 / 31 Oktyabr 2026
155
20:33 / 31 Oktyabr 2026
205
20:25 / 31 Oktyabr 2026
127
19:58 / 31 Oktyabr 2026
526
19:44 / 31 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.