Qaynar xətt:

(+99450) 247 90 86

İtirilən bağlamaların içindəkilər görənləri təəccübləndirdi - VİDEO

İtirilən bağlamaların içindəkilər görənləri təəccübləndirdi - VİDEO

DÜNYA

571

31.03.2022, 17:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Floridalı cütlük Cennifer və Denni müntəzəm olaraq gündəlik həyatlarının videolarını yayımlayırlar.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, ən son paylaşımların birində bloqqerlər "Fun Delivered" platformasında müştərilərə çatdırılma zamanı itirilən müxtəlif onlayn mağazalardan malların olduğu iki qutu aldıqlarını bildiriblər.

Bağlamaların içindəkilər videonun müəlliflərini təəccübləndirib. Belə ki, qutulardan "Louis Vuitton" şərfi, stamatoloji dəst, kilim, döşəmə lampası, polimer gil, günəş batareyası adapteri və pul kisəsi çıxıb.

İtirilən məhsulların dəyəri açıqlanmayıb.