Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67538
az

Dünyada taxılın qiyməti kəskin artıb: - Ərəb ölkələri sosial partlayış ərəfəsində

21:1229 Mart, 2022
481
DÜNYA
  • A

Ukrayna böhranı səbəbindən dünyada taxılının qiymətinin kəskin artması ərəb ölkələrində sosial təlatümlərə səbəb ola bilər. Taxılın qiymətinin bahalaşması ərəb dünyasını sosial partlayışların yeni dalğası ilə hədələyir. Artıq Tunis və Misir Beynəlxalq Valyuta Fonduna üz tutmaq qərarına gəlib.

“Frankfurter Allgemeine” nəşri yazır ki, yerli valyutanın ucuzlaşması ilə əlaqədar Misir və Tunis artıq Beynəlxalq Valyuta Fondundan kömək istəyib. Lakin keçmişdə BVF-nin kredit vermək üçün tələb etdiyi şərtlər bu ölkələrdə zorakılığa çevrilən etirazlara səbəb olub. Bu dəfə isə vəziyyətin daha da partlayıcı ola bilə ehtimalı mövcuddur.

Xatırladaq ki, 2011-ci ildə Mərakeşdən İraqa qədər yüz minlərlə qəzəbli ərəb etirazçı küçələrə çıxaraq sosial ədalət və “çörək” tələb edirdi. Demək olar ki, milyonlarla insanı küçələrə çıxmağa çörəyin qiymətinin baha olması sövq edirdi.

Qeyd edək ki, Ukrayna və regiondakı digər böhranlar dünya buğda ticarətinə əhəmiyyətli dərəcədə zərər vurub. İtaliya parlamentinə videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski bir neçə ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

Almaniya hökuməti də Yaxın Şərqdə ərzaq qiymətlərinin artmasından narahatdır. Rusiya və Ukrayna regiona təkcə buğda deyil, digər ərzaq məhsulları, məsələn, bitki yağı və ya qarğıdalı ixrac edir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Dövlət Katibi Niels Annenin sözlərinə görə, qiymətlərin daha da artması və hətta tədarükün kəsilməsi bir çox tərəfdaş ölkələrin siyasi sabitliyi üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Çünki son dörd həftə ərzində dünyada buğdanın qiyməti 50 faiz artıb.

Belə kəskin qiymət artımından isə ən çox Misir zərər çəkib. 100 milyondan çox əhalisi olan ən böyük ərəb ölkəsi buğda idxalına görə dünyada birinci yerdədir: Misirə hər il xaricdən təxminən 13 milyon ton buğda gəlir ki, bu da ölkə tələbatının 60 faizini ödəyir. Bu gün Rusiya və Ukrayna Misirin idxalının 80 faizini təmin edir. Hökumət ölkədə çörəyin qiymətini əvvəlki səviyyədə saxlamaq üçün tədbirlər görməyə çalışsa da, Misir çörək zavodları əhəmiyyətli itkilərlə üzləşir. Hökumət rəsmiləri isə ən azı un qıtlığı olmayacağını deyirlər. Belə ki, Misirin buğda ehtiyatı 8 ay davam edəcək. Bundan əlavə, hökumət özü buğda istehsalını təşviq etmək niyyətindədir. Eyni zamanda, taxıl, qarğıdalı, bitki yağı və digər ərzaq məhsullarının ixracına üç aylıq qadağa tətbiq edilib. Amma bu, kəskin qiymət artımının qarşısını ala bilmir. Ona görə də, Misir Beynəlxalq Valyuta Fondundan kömək istəyib. ÇÜnki Misir funtu dollara nisbətən xeyli ucuzlaşıb.

Misirlə yanaşı, daha iki ərəb ölkəsi – Livan və Tunis də buğda tədarükündə qıtlıq riski ilə üzləşib. Dünya Bankının məlumatına görə, Rusiya və Ukraynadan buğda idxalının 60 faizini qarşılayan Livan 1850-ci ildən bəri ən pis iqtisadi böhranlardan biri ilə üzləşib. 2020-ci ilin avqustunda Beyrut limanında baş verən güclü partlayış ölkənin ən böyük taxıl anbarlarını dağıdıb. Hökumət çörəyə subsidiya verir, lakin valyuta ehtiyatları mərkəzi bankın istədiyindən daha tez tükənir. Məzənnənin kəskin düşməsi ilə əlaqədar bəzi livanlılar üçün çörək artıq bahalı məhsula çevrilib.

Hələ Ukrayna böhranından əvvəl Tunis praktiki olaraq müflis vəziyyətdə idi və taxılı çətinliklə idxal edə bilirdi. Bundan əlavə, Şimali Afrikada quraqlıq hökm sürür. Yağışların olmaması əkin və məhsul yığımı üçün təhlükə yaradır. Çörək istehsalı üçün lazım olan buğdanın demək olar ki, yarısı Ukraynadan, taxılın təxminən yarısı isə Ukrayna və Rusiyadan gəlir. İndi taxılın qiyməti son 14 ildə heç vaxt olmadığı qədər bahalaşıb. Beynəlxalq Sertifikatçılar Assosiasiyası (IACE) hesab edir ki, hökumət əsas ərzaq məhsulları üçün subsidiyaları təxminən yarım milyard avro artırmalıdır. On ildən artıqdır ki, taxıl idxalında inhisarda olan dövlət iğtişaşların qarşısını almaq üçün çörəyin qiymətini də sabit saxlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda zəlzələ oldu – Ordubadda hiss edildi
Dünyanın ən yaşlı kişisi öldü
Şaxta baba ona dil çıxaran 4 yaşlı uşağa ZƏRBƏ ENDİRDİ

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı