İran Avropanın bu ölkələrini vuracaq - Xəbərdarlıq
03 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
728
03.03.2022, 18:47
Ukrayna müharibəsində gözləntilərinin əksinə olaraq təklənən və məğlub duruma düşən Rusiya hakimiyyəti bəlkə də siyasi ömrünün ən çətin dövrünü yaşayır.
Artıq Rusiyanın müxtəlif şəhərlərində müharibə əleyhinə aksiyalara start verilib ki, bu da Putinin təkcə müharibədə yox, həm də öz ölkəsinin ictimai rəyində də uduzmasının göstəricisidir. Elə bu səbəbdən də siyasi analitiklər Ukrayna böhranının nəticəsindən asılı olmayaraq Putinin hakimiyyətdə qalmasının çətin olacağını düşünürlər.
Maraqlıdır, Putini əvəz edə biləcək real namizədlər kimlərdir? Rusiyanın yeni seçiləcək prezidenti ümumi siyasətdə dəyişiklik edə bilərmi?
Mövzu ilə bağlı GUNDEM.AZ -a danışan politoloq Teymur Qasımlı müharibənin nəticəsindən asılı olmayaraq, Putinin imicinin bərpa olunmayacağını bildirib:
“Rusiya və Ukrayna arasında müharibənin səbəblərindən biri də budur ki, Vaşinqton Putindən növbəti prezident seçkilərinə qatılmamasını tələb edirdi. Rusiyanı gələcəkdə kimin idarə etməsi ilə bağlı Rusiyanın elitasında çaxnamşma var, planlar qurulur. Putinin Rusiya Federasiyası daxilində nüfuzu çox aşağıdır. Bununla belə, Putinin hakimiyətdə qalıb-qalmayacağı ilə bağlı dəqiq nə isə demək mümkün deyil. Buna baxmayaraq, nəticə nə olur-olsun Putini yaxşı aqibət gözləmir. Artıq oliqarxlar da Rusiyada prezidentə qarşı çıxıblar, onun siyasətinə açıq etiraz edirlər. Nəzərə alaq ki, bu Rusiya siyasətində bir ilkdir.”.
Ekspert Putini əvəz edə biləcək namizədin adını açıqlayaraq, onun şanslarını dəyərləndirib:
“Putini əvəz edəcək şəxslərin arasında Rusiyanın baş naziri Mixail Mişustinin adı çəkilir. Amma Rusiyada yeni seçiləcək prezidentin böyük dəyişikliklər edəcəyini düşünmürəm. Putin iqtidarı tamamilə hakimiyyətdən gedərsə və klan yenilənərsə, o zaman yeni nələrsə gözləmək olar”.
17:53 / 03 Noyabr 2026
171
17:51 / 03 Noyabr 2026
47
17:35 / 03 Noyabr 2026
50
17:10 / 03 Noyabr 2026
102
16:56 / 03 Noyabr 2026
109
16:51 / 03 Noyabr 2026
226
16:43 / 03 Noyabr 2026
101
16:35 / 03 Noyabr 2026
263
16:31 / 03 Noyabr 2026
163
16:23 / 03 Noyabr 2026
683
16:21 / 03 Noyabr 2026
167
16:13 / 03 Noyabr 2026
147
16:01 / 03 Noyabr 2026
245
15:55 / 03 Noyabr 2026
192
15:52 / 03 Noyabr 2026
91
15:20 / 03 Noyabr 2026
156
15:05 / 03 Noyabr 2026
151
14:50 / 03 Noyabr 2026
155
14:50 / 03 Noyabr 2026
166
14:30 / 03 Noyabr 2026
231
14:24 / 03 Noyabr 2026
298
14:21 / 03 Noyabr 2026
274
14:15 / 03 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.