Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ hərbçiləri və kəşfiyyatçıları Qazaxıstana gəlib - SENSASİON İDDİA

ABŞ hərbçiləri və kəşfiyyatçıları Qazaxıstana gəlib - SENSASİON İDDİA

DÜNYA

447

18.01.2022, 16:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ordusunun bir hissəsi çıxarıldıqdan sonra Qazaxıstanda amerikalı hərbçi mütəxəssislər gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı hərbi mütəxəssislərlə yanaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının da gəldiyi iddia edilir.  

Məlumatlara görə, amerikalı hərbçiləri və MKİ-nin əməkdaşlarını gətirən xüsusi təyyarə bu gün Almatıya enib.

Məlumat  rəsmi olaraq təsdiqlənmir. Hərbçi ekspertlər isə bununla bağlı müxtəlif versiyalar irəli sürürlər. İddialara görə, amerikalı hərbçilər ABŞ-ın Qazaxıstandakı gizli laboratopriyasının təhlükəsizliyini təmin etmək üçün gəliblər. Digər iddiaya görə, onlar son hadisələrin arxasında hansı qüvvələrin dayandığını öyrənməkdə Qazaxıstan hakimiyyətinə kömək edəcək. Ən maraqlı iddia isə ABŞ hərbçilərinin Qazaxıstanda daimi əsaslarla yerləşdiriləcəyinə dairdir.

ABŞ hərbçiləri və kəşfiyyatçılarının “Phoenix Airlines” şirkətinə məxsus kiçik biznes təyyarəsində Gürcüstandan Qazaxıstana gəldiyi haqda da məlumatlar var. Yerli mənbələr amerikalı hərbçilərin “təxliyyə” üçün gəldiyini, lakin faktiki heç bir təxliyyənin olmadığını bildirir.