Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab
08 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
612
27.12.2021, 18:21
İŞİD terror qruplaşmasının "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova məhkəmədə danışıb ki, əri onun adını Türkiyədə eyni adlı şokolad markasına qısqandığı üçün dəyişdirib və "Həcər" qoyub.
OXU24.COM Virtualaz.org-a istinadən xəbər verir ki, əri pilotsuz təyyarədən endirilən raket zərbəsi zamanı öldürüləndən sonra qadın bu ilin oktyabrında Suriyadan Türkiyəyə keçərək təslim olub. Onun barəsində terror təşkilatına üzv olmaq maddəsi ilə cinayət işi başlanıb, qadının ifadəsi alınıb və o, Mustafa Dokumacı ilə necə tanış olub evləndiyi, Suriyaya necə getdiyi və orada ərinin nə işlə məşğul olduğu haqda danışıb.

Mustafa Dokumacı İŞİD-in tərkibində Türkiyədən olan yaraqlıların cəmləşdiyi "Dokumacılar qrupu"nun rəhbəri olub. Həmin qrupun mənsubları 2015-ci ildə Ankarada dəmir yol vağzalı qarşısında terror aktı törədiblər, özlərini partladaraq 103 nəfərin həlak olmasına, yüzlərlə adamın yaralanmasına səbəb olublar.
Adıyaman polis idarəsində bu ilin oktyabrında verdiyi ifadədə Ülkər Məmmədova İŞİD-in tərkibində döyüşən 103 nəfər Türkiyə vətəndaşının barəsində məlumatları çatdırıb. Bildirib ki, Mustafa Dokumacı ilə sosial şəbəkələr üzərindən tanış olub, oxumaq üçün Türkiyəyə gedib və orada evləndikdən sonra 2014-cü ildə Suriyaya keçiblər. Ü.Məmmədova Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu, atasının polkovnik rütbəsi daşıdığını deyib. Ərinin onu "məcburən İŞİD bölgəsində saxladığını" iddia edib. Terror təşkilatının fəaliyyətində iştirak etmədiyini bildirib.

"Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim",-o məhkəmədə deyib. O bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb. "Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım",-azərbaycanlı qadın bildirib.

Məhkəmədə ondan İŞİD mənsubu olaraq özünə niyə "Həcər" kod adını seçdiyini soruşublar. Ü.Məmmədova isə bunu ərinin qısqanclığı ilə izah edib. "Adım Ülkər Türkiyədə şokolad, biskvit markasıdır. Ərim də qısqanc biri olduğundan bu ad tələffüz edildiyində insanların ağlına şokolad gəlməsin deyə mənə "Həcər" adını vermişdi. 2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi", - o deyib.
Ü.Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb.
Məhkəmədə prokuror Ü.Məmmədovanın ifadəsini səmimi hesab etməyib, onun İŞİD və ərinin fəaliyyəti barədə bildiklərinin hamısını demədiyini irəli sürüb. Və onun peşimanlıq qanunundan faydalanmasının tam şəkildə mümkün olmadığını, barəsində İŞİD üzvü kimi cəza verilməsinin düzgün olacağını deyib. Məhkəmə heyəti isə belə qənaətə gəlib ki, Ü.Məmmədovanın İŞİD üzvü olduğu təsdiqlənib, amma onun könüllü təslim olduğu, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar verdiyi nəzərə alınaraq haqqında cəza verilməsinə ehtiyac olmadığı qərara alınıb. Ü.Məmmədova məhkəmə zalından azad edilib.
16:12 / 08 Noyabr 2026
13
16:06 / 08 Noyabr 2026
36
15:17 / 08 Noyabr 2026
108
15:13 / 08 Noyabr 2026
280
14:59 / 08 Noyabr 2026
93
14:54 / 08 Noyabr 2026
102
14:49 / 08 Noyabr 2026
115
14:44 / 08 Noyabr 2026
200
14:31 / 08 Noyabr 2026
121
13:45 / 08 Noyabr 2026
284
13:35 / 08 Noyabr 2026
664
13:21 / 08 Noyabr 2026
141
13:16 / 08 Noyabr 2026
144
13:06 / 08 Noyabr 2026
150
12:47 / 08 Noyabr 2026
544
12:46 / 08 Noyabr 2026
130
12:39 / 08 Noyabr 2026
123
12:35 / 08 Noyabr 2026
755
12:29 / 08 Noyabr 2026
158
12:28 / 08 Noyabr 2026
152
12:27 / 08 Noyabr 2026
133
12:22 / 08 Noyabr 2026
137
12:17 / 08 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.