Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
08 Noyabr 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
54
08.11.2026, 16:06
8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətçiliyinin müasir tarixində xüsusi siyasi və strateji əhəmiyyətə malikdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü təmin etdi, 30 ilə yaxın davam edən işğala son qoydu. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən, Azərbaycan xalqının tarixi yaddaşında əbədi yer tutan hadisəyə çevrildi. Bu tarix həm də Azərbaycanın milli maraqlarının müdafiəsində siyasi iradənin, hərbi gücün və diplomatik fəaliyyətin uzlaşdırılmasının əhəmiyyətini nümayiş etdirdi.
Zəfərin siyasi təməlləri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə sıx bağlıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, milli maraqlara əsaslanan xarici siyasət kursunun formalaşdırılması və beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi gələcək inkişafın əsasını təşkil edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji kurs yeni mərhələdə davam etdirildi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması və beynəlxalq diplomatik əlaqələrin genişləndirilməsi milli hədəflərin reallaşdırılması üçün mühüm imkanlar yaratdı. 44 günlük Vətən müharibəsində əldə edilən nəticə ardıcıl dövlət siyasətinin, siyasi qətiyyətin və güclü hərbi potensialın məntiqi təzahürü oldu.
Şuşanın azad edilməsi Zəfərin hərbi-strateji baxımdan ən mühüm hadisələrindən biri idi. Qarabağın siyasi, mədəni və tarixi mərkəzlərindən olan Şuşanın azadlığı müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi. Prezident İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti və Şuşanın azad olunduğunu elan etməsi dövlətçilik tariximizin unudulmaz səhifəsinə çevrildi. Bu hadisə Azərbaycanın hərbi qüdrətinin nümayişi ilə yanaşı, milli-mədəni irsin qorunması və tarixi ədalətin bərpası baxımından da mühüm məna daşıyır.
Zəfərin əsas qəhrəmanları isə torpaqlarımızın azadlığı uğrunda döyüşən Azərbaycan əsgər və zabitləridir. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına əldə edilən bu qələbə qəhrəman oğullarımızın misilsiz fədakarlığının nəticəsidir. Onların döyüş meydanında nümayiş etdirdikləri peşəkarlıq, cəsarət və Vətənə sədaqət Azərbaycan Ordusunun gücünü, xalqımızın milli həmrəyliyini nümayiş etdirdi. Bu qəhrəmanlıq salnaməsi gələcək nəsillərin dövlətə və Vətənə xidmət anlayışında mühüm yer tutacaq.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpası Zəfərdən sonrakı tarixi mərhələnin əsas nəticəsi oldu. Beləliklə, ölkəmiz ərazi bütövlüyünün təmin edilməsindən suveren hüquqlarının bütün ərazisində həyata keçirilməsinə qədər mühüm siyasi prosesləri başa çatdırdı.
Bu gün Azərbaycanın regional mövqeyi yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda formalaşır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsində və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması Azərbaycanın regional gündəliyinin əsas istiqamətlərindəndir. Bu baxımdan, Zəfərdən sonra formalaşan siyasi reallıqlar ölkəmizin qarşısında həm yeni imkanlar, həm də mühüm strateji vəzifələr müəyyən edir.
8 Noyabrın dövlətçilik tariximizdəki yeri yalnız qazanılmış hərbi qələbə ilə deyil, onun yaratdığı siyasi nəticələrlə də müəyyən olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi, qəhrəman hərbçilərimizin fədakarlığı və xalqımızın həmrəyliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini mümkün etdi. Bu gün əsas vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışı uğurla həyata keçirmək və Azərbaycanın regional inkişaf proseslərindəki mövqeyini daha da möhkəmləndirməkdir. Zəfərin siyasi mirası müstəqil qərarvermə qabiliyyətinə malik, suveren və güclü Azərbaycanın gələcək inkişaf strategiyasında öz əksini tapır.
Nihad Namazlı
Bakı Slavyan Universiteti, siyasi şərhçi
16:12 / 08 Noyabr 2026
13
15:17 / 08 Noyabr 2026
108
15:13 / 08 Noyabr 2026
280
14:59 / 08 Noyabr 2026
93
14:54 / 08 Noyabr 2026
102
14:49 / 08 Noyabr 2026
115
14:44 / 08 Noyabr 2026
200
14:31 / 08 Noyabr 2026
121
13:45 / 08 Noyabr 2026
284
13:35 / 08 Noyabr 2026
664
13:21 / 08 Noyabr 2026
141
13:16 / 08 Noyabr 2026
144
13:06 / 08 Noyabr 2026
150
12:47 / 08 Noyabr 2026
544
12:46 / 08 Noyabr 2026
130
12:39 / 08 Noyabr 2026
123
12:35 / 08 Noyabr 2026
755
12:29 / 08 Noyabr 2026
158
12:28 / 08 Noyabr 2026
152
12:27 / 08 Noyabr 2026
133
12:22 / 08 Noyabr 2026
137
12:17 / 08 Noyabr 2026
140
12:16 / 08 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.