Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında Rusiyadan qara xəbər gəldi: Xeyli sayda ölü var

Gecə saatlarında Rusiyadan qara xəbər gəldi: Xeyli sayda ölü var

DÜNYA

940

25.11.2021, 22:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
APA-nın Rusiya mətbuatına istinadla xəbərinə görə, yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.