Qaynar xətt:

(+99450) 247 90 86

Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...

Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...

DÜNYA

4733

14.05.2021, 12:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Oxu24.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinini səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı aparılan fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunub.Axar.az