İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
12 Noyabr 2026, 08:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
11524
13.05.2021, 14:47
Təxminən 100 minə yaxın hərbi qulluqçudan ibarət Rusiya qoşun qruplaşmaları hələ də Ukrayna sərhədləri yaxınlığında, o cümlədən Krımda hazır gözləyir.
Bu haqda Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri İvan Bakanov “Ukrayna 30” ümumukrayna forumunda çıxışı zamanı deyib.
Bakanovun sözlərinə görə, habelə Rusiya ərazisindən xüsusi xidmət orqanlarının 7 minə qədər əməkdaşı daimi əsasda Ukraynaya qarşı kəşfiyyat-diversiya fəaliyyəti ilə məşğuldur. “Bu günkü Rusiya mahiyyətcə dövlət-xüsusi xidmət orqanıdır. Və Rusiyanın xarici siyasətinin istənilən istiqaməti klassik diplomatiyadan deyil, xüsusi əməliyyatların kompleksindən ibarətdir”,-Ukrayna Təhlükəsizlik Şurasının sədri deyib.
Onun sözlərinə görə, Rusiyanın apardığı diversiya fəaliyyətinin məqsədi təkcə Donbassdakı separatçı rejimləri müdafiə etməyə yönəlməyib, eləcə də Ukrayna dövlətinin əsaslarını sarsıtmağa və milli təhlükəsizliyin möhkəmləndirilməsinə sistemli maneələr yaratmağa hesablanıb. Bundan ötrü agentura şəbəkəsi yaradılır, beynəlxalq yardım haqda razılaşmalar pozulur, etiraz aksiyaları formasında təxribatlar törədilir və fəal təbliğat aparılır.
Bakanov deyib ki, Rusiya xüsusi xidmət orqanları ələ alma metodlarını dəyişiblər. İndi onlar təkcə məmurları deyil, Ukrayna vətəndaşlarının daha geniş çərçivəsini əməkdaşlığa cəlb etməyə çalışırlar. İvan Bakanov bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya təcavüzü ilə üzücü mübarizəyə hazırdır. “Bizim qarşımızda yeni çağırışlar var. Lakin Ukrayna Təhlükəsizlik Xidməti buna hazırdır. Çünki biz artıq 7 ildir ki, bu hibrid müharibədə Rusiya ilə mübarizə aparırırq”,-o deyib.
Xatırladaq ki, mart və aprel aylarında Rusiya Ukrayna sərhədlərinə 120 minlik qoşun qruplaşması, minlərlə texnika, yüzlərlə təyyarə və vertolyot cəmləşdirib. Rusiyada bunu Ukrayna ordusunun Donbass üzərinə irimiqyaslı hücum planlaşdırması ilə əsaslandırırdılar.
Bu qarşıdurmada ABŞ və Avropa ölkələri Ukraynaya dəstək ifadə ediblər, lakin vəziyyət dramatik ölçülərdə gərginləşəndə ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinə zəng vurub, Ukrayna ətrafında gərginliyin azaldılması barədə anlaşma əldə edilib. Ardınca Rusiya öz qoşunlarını geri çəkməyə başladığını elan edib.
Lakin bu günlərdə Pentaqon və ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya qüvvələrin ancaq bir qismini geri çəkib. Və Ukrayna sərhədlərində hələ də böyük sayda qüvvə hazır vəziyyətdə gözləməkdədir.
10:27 / 12 Noyabr 2026
27
10:20 / 12 Noyabr 2026
39
10:18 / 12 Noyabr 2026
48
10:05 / 12 Noyabr 2026
122
09:51 / 12 Noyabr 2026
72
09:48 / 12 Noyabr 2026
74
09:42 / 12 Noyabr 2026
162
09:36 / 12 Noyabr 2026
85
09:22 / 12 Noyabr 2026
540
08:13 / 12 Noyabr 2026
200
08:05 / 12 Noyabr 2026
64
07:20 / 12 Noyabr 2026
128
03:10 / 12 Noyabr 2026
152
01:25 / 12 Noyabr 2026
269
00:55 / 12 Noyabr 2026
243
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
451
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
00:17 / 12 Noyabr 2026
335
00:11 / 12 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.