Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə ordusunun karvanına HÜCUM EDİLDİ: 1 şəhid, 4 yaralı

Türkiyə ordusunun karvanına HÜCUM EDİLDİ: 1 şəhid, 4 yaralı

DÜNYA

5113

11.05.2021, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mayın 10-da "Bahar Qalxanı" əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib.

OXU24.COM  "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər.

Hücumdan sonra bilinən hədəflər atəşə tutulub.

Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib