Qaynar xətt:

(+99450) 247 90 86

Əfqanıstanda ard-arda partlayış - 11 ölü, 28 yaralı

Əfqanıstanda ard-arda partlayış - 11 ölü, 28 yaralı

DÜNYA

2768

10.05.2021, 17:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanda ard-arda iki partlayış baş verib. Paytaxt Kabildə iftar vaxtı məktəbin qarşısında və Zabul vilayətində sərnişin avtobusu partladılıb.

Hadisə nəticəsində 11 nəfər ölüb, 28 nəfər yaralanıb.

Zabul vilayətinin sözçüsü Gül İslam Siyal mətbuata verdiyi açıqlamada qeyd edib ki, Muska bölgəsindəki yolda basdırılan bomba mülki vətəndaşları daşıyan sərnişin avtobusu ərazidən keçərkən işə düşüb.

Siyal həyatını itirənlər arasında uşaqların olduğunu bildirib. Əfqanıstan Daxili İşlər Nazirliyi hücuma görə “Taliba”nı təqsirləndirib.

Hücuma məsuliyyəti hələ heç bir terror təşkilatı öz üzərinə götürməyib.