Qaynar xətt:

(+99450) 247 90 86

İtkin düşən rus nazir tapıldı

İtkin düşən rus nazir tapıldı

DÜNYA

3730

10.05.2021, 19:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Üç gündür itkin düşən Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski tapılıb.

Oxu24.com-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə region hökuməti məlumat yayıb. Bildirilib ki, Muraxovski Baslı kəndi ərazisində insanların qarşısına çıxıb.

Qeyd olunub ki, onun vəziyyəti yaxşıdır, Bolşeukovski bölgəsindəki bir xəstəxanada müayinə olunur.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, bu günə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlamışdı.