Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3206
06.03.2021, 23:25
İranın nüvə proqramından narahatlıq keşirən İsrailin Dimonda öz nüvə mərkəzi var və o, İranın nüvə infrastrukturu obyektlərini hədəfə alıb. İsrailin müdafiə naziri Beni Qantsın kütləvi informasiya vasitələrinə bu dəqiqələrdə verdiyi məlumata görə, onun ölkəsi "atom proqramı ilə bağlı İran obyektlərinə hücum planlarını aktuallaşdırır".
Oxu24.com bildirir ki, Amerikanın Fox News televiziya kanalına verdiyi müsahibəsində o, İsrail ordusunun İran İslam Respublikasının strateji nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini etiraf edib.
“Əgər dünya əvvəl dayandırsa, yaxşı olar. Amma biz özümüzü müdafiə etməliyik”, - deyə B. Qants bildirib.
Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden hazırda, Trampın 2018-ci ildə birtərəfli şəkildə çıxdığı İranla nüvə razılaşmasına qayıtmaq məqsədilə iranlılarla danışıqların bərpası üzərində işləyir. Lakin İsrail hadisələrin bu cür dəyişməsinə və mövcud formatdakı razılaşmaya qarşı çıxır.
Fox News ilə söhbət əsnasında İsrailin müdafiə naziri hansısa qovluğu göstərərək “Hizbullah”ın "yüz minlərlə raketi" olduğunu söyləyib və ritorik olaraq soruşub:
- Livanda nə baş verir? – sonra da dərhal əlavə edib: “Biz döyüşə hazırıq”.
Gizli qovluğa gəlincə, nazir deyib ki, oradakı “Hizbullah”la ehtimal olunan yeni qarşıdurma halı üçün istifadə olunacaq "hədəf xəritəsi"dir.
İndi çox şey Vaşinqtonun Tehranla razılaşma şərtlərinin tapmacasını həll edib-etməyəcəyindən asılı olacaq.
15:30 / 13 Noyabr 2026
1
15:01 / 13 Noyabr 2026
54
14:59 / 13 Noyabr 2026
143
14:50 / 13 Noyabr 2026
70
14:46 / 13 Noyabr 2026
76
14:33 / 13 Noyabr 2026
82
14:24 / 13 Noyabr 2026
395
14:17 / 13 Noyabr 2026
363
14:12 / 13 Noyabr 2026
80
14:05 / 13 Noyabr 2026
147
14:00 / 13 Noyabr 2026
87
13:43 / 13 Noyabr 2026
174
13:41 / 13 Noyabr 2026
86
13:20 / 13 Noyabr 2026
85
13:05 / 13 Noyabr 2026
190
12:57 / 13 Noyabr 2026
136
12:45 / 13 Noyabr 2026
124
12:32 / 13 Noyabr 2026
168
12:20 / 13 Noyabr 2026
110
12:17 / 13 Noyabr 2026
107
12:08 / 13 Noyabr 2026
809
11:55 / 13 Noyabr 2026
159
11:45 / 13 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.