Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41937
az

Rusiya Qarabağdakı sülhməramlılarla bağlı QƏRAR VERDİ

16:0218 Noyabr, 2020
938
DÜNYA
  • A

Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrindən Dağlıq Qarabağda sülhməramlı missiyanı yerinə yetirmək üçün istifadə etmə qərarını qəbul edib.

Oxu24.com  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının çərşənbə günü keçirilən iclasında qərar qəbul olunub.

Bununla bağlı Prezident Vladimir Putin Federasiya Şurasına müvafiq müraciət edib. Konstitusiyaya görə, Federasiya Şurasının yurisdiksiyasına Rusiya Federasiyası Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisi xaricində istifadəsi ehtimalı məsələsinin həlli daxildir.

Qeyd edək ki, Federasiya Şurası komitəsinin sədri Andrey Klişasın sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı sülhməramlı missiyasının bir hissəsi kimi istifadə edilməsi üçün Federasiya Şurasının icazəsi lazımdır: "Çünki bu, operativ hərbi vəziyyət deyil, bir neçə illik planlaşdırılmadır.

2009-cu il Federasiya Şurasının qərarına əsasən, Rusiya Federasiyası vətəndaşlarının xilas edilməsi ilə əlaqəli operativ hərbi vəziyyəti həll etmək və ya Rusiya hərbi birləşmələrinə qarşı bir təhlükənin qarşısını almaq üçün Rusiya Federasiyası Prezidentinin Federasiya Şurasının razılığını istəməsinə ehtiyac yoxdur. Ancaq bu vəziyyətdə siyasi razılaşmalar prosesi haqqında danışırıq. Rus qoşunları uzun müddət Rusiya xaricində olacaq, Federasiya Şurasının razılığı lazımdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kiyev 4 milyard avro yardım alacaq
Türkiyə Qərbin sanksiyalarının Rusiyadan gələn turist axınına təsirini qiymətləndirib
HƏMAS Haniyyənin varisi ilə bağlı qərar verib

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı