Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyandan Qarabağdakı sülhə ağır zərbə

Paşinyandan Qarabağdakı sülhə ağır zərbə

DÜNYA

852

16.11.2020, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağda atəşin dayandırılması barədə Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əməl etmək istəmir.
 

Azerforum.con-un Yenisabah-a istinadən məlumatına görə, bölgədə davamlı sülhə nail olmaq üçün Qarabağdakı separatçı rejimin silahlı dəstələrinin oradan çıxarılması nəzərdə tutulsa da, Paşinyan bunun əksini deyir.
 
O bildirib ki, Qarabağın "müdafiə ordusu” bölgədə qalacaq və suverenliyin qarantı olacaq.
 
"Mənasız itkilərdən qaçmaq üçün müharibəni dayandıran 25-30 min əsgərin əhəmiyyətli hissəsi müdafiə ordusunundur. Bu o deməkdir ki, Qarabağın müdafiə ordusu mövcuddur var və olacaq”, - deyə Baş nazir bildirib.