Türkiyənin Şanlıurfa bölgəsindəki Eyyübiye rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Oxu24.com türk mətbuatına istinadən xəbər verir ki, başı bədənindən ayrılmış halda torpağa basdırılmış 2 yaşı olduğu təxmin edilən qızın cəsədi tapılıb. Xilasetmə qrupları cəsəd üzərində və ətrafında araşdırma aparıb. Aparılan araşdırmada uşağın təxminən 20 gün öncə basdırıldığı müəyyənləşdirilib.
Üzərində paltarları olan uşağın başının gövdəsindən ayrıldığı və meyitin yanına basdırıldığı deyilib. Cəsəd meyitin yarılması üçün Şanlıurfa Tibb Təşkilatı meyitxanasına aparılıb. Polis hadisə ilə bağlı uşağın anasını və ögey anasını saxlayıb. Atanın isə uzun müddətdir itkin olduğu bildirilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Oxu24.com
ŞƏRHLƏR