Xəzər sahilində 35 ölü suiti tapıldı
20 May 2026, 17:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
662
04.09.2020, 17:45
Ankara qaynar nöqtədə atacağı altı strateji addımla Qərbə və qaz istehsal edən qruplara cavab verəcək, beləliklə, tarazlığı da dəyişdirəcək.
Publika.az xəbər verir ki, həm Şimali Kiprdə, həm də Liviyada dəniz və hava bazaları yaradılacaq, PUA bazası olan Keçidqala güclü hava bazasına çevriləcək.
Möhkəmləndirmə və zirehli bölmələr isə Şimali Kiprə gedəcək və 42 ildir qapalı olan Maraş turizmə açılacaq. Beləliklə, İncirlik bazasının vəziyyəti yenidən nəzərdən keçirilir və Şərqi Aralıq dənizində yeni ərazilərdə “NAVTEX” elan ediləcək. Təlimlərlə yanaşı, seysmik və qazma gəmiləri də fəaliyyətlərini burada davam etdirəcəklər.
Türkiyənin bölgədə, xüsusilə Şərqi Aralıq dənizində gücünü hiss etdirməyə başlaması imperialist dövlətləri naraht edib. Suriyada PKK /YPG-i, Liviyada Haftarı Türkiyənin önünə keçirənlər, indi də Yunanıstanı istifadə edərək ölkənin Şərqi Aralıq dənizindəki maraqlarını əngəlləməyə çalışırlar.
Digər tərəfdən, bu müddətdə sınaqdan keçirilən S-400-lərin Şərqi Aralıq dənizində aktivləşdirilə biləcəyi bildirilir. Əslində, S-400-lərin aktiv olduğunu deyən hərbi mütəxəssislər, sistem aktiv olmadığı təqdirdə sınaqların keçirilə bilməyəcəyini və bunun ictimaiyyətə açıqlanmasının ölkənin maraqları üçün doğru olmadığını vurğulayıblar. Bundan əlavə, Rusiya ilə ikinci bir S-400 razılaşmasının gündəmdə olduğu və ABŞ-ın vermədiyi F-35-lərin əvəzinə Moskvadan 5-ci nəsil döyüş təyyarələri almağın mümkünlüyü bildirilir.
Türkiyəli professor Mustafa Sıtkın Şərqi Aralıq dənizində Türkiyə ilə bölgədə hakim olmaq istəyənlərlə aparılan qlobal mübarizəni qeyd edərək, bunun bəzi dövlətlərin maraqlarına uyğun olmadığını deyib: “Türkiyə artıq gücünü Şərqi Aralıq dənizində də göstərir. Bu, buradakı əsas hegemon və müstəmləkə güclər olan Fransa, ABŞ, Almaniya, İtaliya və İngiltərənin maraqlarına uyğun deyil. Onlar Türkiyəni burada hansısa şəkildə məhdudlaşdırmaq istəyirlər. Bu gün Yunanıstanın təxribatlarının arxasında bu məsələ dayanır", - M.Sıtkın qeyd edib.
Həmçinin oxuyun
18:16 / 20 May 2026
1
18:05 / 20 May 2026
24
17:50 / 20 May 2026
34
17:48 / 20 May 2026
36
17:10 / 20 May 2026
44
17:03 / 20 May 2026
73
17:00 / 20 May 2026
47
16:39 / 20 May 2026
60
16:34 / 20 May 2026
311
16:31 / 20 May 2026
57
16:21 / 20 May 2026
148
16:19 / 20 May 2026
50
16:11 / 20 May 2026
70
16:02 / 20 May 2026
225
15:54 / 20 May 2026
144
15:51 / 20 May 2026
57
15:42 / 20 May 2026
67
15:36 / 20 May 2026
173
15:31 / 20 May 2026
60
15:19 / 20 May 2026
397
15:16 / 20 May 2026
217
15:01 / 20 May 2026
326
14:57 / 20 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.