İki kişinin inək kəsməsi birinin ölümüylə nəticələndi.
Oxu24.com xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib. İnək kəsdikləri üçün bir qrup adamın hücumuna məruz qalan iki kişidən biri xəstəxanaya çatdırılsa da, həyatını itirib. Şahidlərin dediyinə görə 38 yaşlı Kasım, və 65 yaşlı Şahiuddun inək kəsmələri xəbərindən sonra hücuma məruz qalıblar.Polisin köməyi ilə xilas olan iki adam xəstəxanaya çatdırılsa da, 38 yaşlı Kasımın həyatını xilas etmək mümkün olmayıb.
ŞƏRHLƏR