Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
874
03.05.2020, 09:32
Azərbaycanda koronavirusa qarşı profilaktika tədbirləri çərçivəsində restoran və kafelərdə tətbiq ediləcək qaydalar açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu Səhiyyə Nazirliyinin təsdiqlədiyi «İctimai iaşə müəssisələrində koronavirus infeksiyasinin (covid-19) profilaktikasina dair metodiki göstərişlər»də əksini tapıb.
Sənədə əsasən, restoranlarda ənənəvi gigiyenik tələblərlə yanaşı. Bəzi yeniliklər nəzərdə tutulub. Belə ki, restoranlarda müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün həmin qaydalar barədə məlumat vərəqələri çap edilib müvafiq sahələrdə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdiriləcək. Restoranda təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin ediləcək.
Qeyd edək ki, açıqlanan bu tələblər restoranlar üçün müəyyən çətinliyə səbəb olacaq, daha dəqiqi, onların müştəri qəbul etmə imkanlarına mənfi təsir edəcək.
Məsələ bundadır ki, hazırda Bakı restoranlarında masalar arasında ara məsafəsi 2 metrdən xeyli azdır. Bəzi restoranlarda bu məsafə 1-1.5 metr arasında dəyişir. Nəticədə yeni qaydaların tətbiqi bu restoranlarda masalaran bir-birindən daha da uzaqlaşmasına və eyni zalda daha az müştərinin toplanmasına səbəb olacaq.
Digər tərəfdən, oturacaqlar arasında məsafənin 1 metr olması tələbi masanın ölçülərinin böməsinə səbəb olmalıdır ki, bu da son nəticədə restoranda müştəri sıxlığını azaldacaq.
Başqa sözlə, indiyədək mövcud olan restoranlarda müştəri sayını (eyni anda qidalanan müştəriləri) vəziyyətdən asılı olaraq 20-50% azalda bilər.
20:30 / 26 Oktyabr 2026
5
20:26 / 26 Oktyabr 2026
22
20:17 / 26 Oktyabr 2026
22
20:07 / 26 Oktyabr 2026
58
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
65
19:00 / 26 Oktyabr 2026
69
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
92
18:20 / 26 Oktyabr 2026
85
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
334
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
114
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
296
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
338
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.