Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1214
29.04.2020, 00:23
Bu deyim qədim Çində məşhurdur. Elə ki, kiminsə mədəsi, başı, ayağı ağrıyırsa, yorğundursa, xəstələnibsə, ona isti su iç deyirlər.
Çinlilər demək olar ki, sudan başqa digər içkiləri qəbul etmir. Şəhərdə, ofisdə, küçədə çoxu yanında bir termos qaynar su gəzdirirlər.
Nəqliyyatda yol gedərkən, metroda ürəkləri sıxılanda, əsəbləşəndə tez bir iki qurtum isti su içirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, çinlilərdə isti suya inam qədimdən var. Xüsusən yaşlı çinlilər uzun ömürlülüyün bir sirrini də suda görürlər. 80 yaşlı Çini nənə-babaların necə aktiv olduğunu görəndə hər kəs heyrətlənir.
Bir də çinlilər günortalar 1 saat olsa mürgüləməyi sevir, bu vərdişin iş qabiliyyətini artırdığını bildirirlər.
İşir ortasında belə imkan tapan kimi gözlərini yumub, oturduqları yerdə günorta yuxusunu alırlar.
Təbii ki, onların xüsusi ədviyyatları, hər yeməkdə sarımsağın, zəncəfilin olması da rol oynayır. Orda körpələrin də yeməyinə sarımsaq qatırlar.
Əgər sizin də mədəniz, bağırsağınız, hətta qolunuz ağrıyırsa, yorğunluqdan, stresdən əziyyət çəkirsizsə, bu Çin metodunu sınayın: tez-tez isti su için. Təbii ki, isti deyəndə qaynar su içib qida borusunun selikli qişasını yandırmaqdan söhbət getmir. İsti yəni dili, boğazı yandırmayacaq qədər, bədənə uyğun istilikdən (ilıq yox, məhz isti)söhbət gedir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.