Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ölənlərin sayı durmadan artır

Rusiyada ölənlərin sayı durmadan artır

DÜNYA

653

25.04.2020, 01:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya paytaxtında daha 41 nəfər koronavirusdan ölüb, bununla da şəhərdə virusdan ölənlərin ümumi sayı 366 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və koronavirus infeksiyasına yoluxma halı təsdiqlənmiş 41 xəstə ölüb, ölənlər 34-92 yaşlarındadır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada son sutkada 5849 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 68 622 nəfər təşkil edir. İndiyədək 615 nəfər də virusdan ölüb.