Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3213
21.04.2020, 20:01
"190 manatlıq müavinətdən bəhrələnmək istəyən vətəndaşlar adlarına olan VÖEN-i ləğv etdirməlidirlər".
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində deyib:
"10 minlərlə vətəndaş var ki, əmək müqavilələri, VÖEN-ləri olub. Hətta bəzi hallarda azyaşlı uşaqlarının adına da müraciətlər olub.
Bu sistem də kontingentin sayını nəzərə alaraq kompüterin üzərindən aparılır. Sistemlər Vergilər Nazirliyi və digər qurumların altsistemləri ilə inteqrasiya olub. Ona görə vacibdir ki, vətəndaşlarımız əgər öz VÖEN-lərindən istifadə etmirlərsə, yaxud qısa müddətlik hər hansı məqsəd üçün onlara lazım olub və indi istifadə etmirlərsə, onlar bizə kömək etsinlər. Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər".
A.Kərimov bildirib ki, VÖEN-i ləğv edilən vətəndaş 190 manat müavinət üçün yenidən müraciət edə bilər:
"Vətəndaşlar artıq 190 manat üçün müraciət edib, sonra adlarına VÖEN olduğunu biliblərsə, yenidən müraciət edə bilərlər. Sadəcə bilməlidirlər ki, növbəlilik qaydasında onlar əvvəlki növbələrini deyil, yeni növbə yeri alaraq yenidən bir az gözləməlidir ki, onların müraciətləri təhlil olunsun.
VÖEN ləğv edildikdən sonra vətəndaşın hər bir müraciəti yeni müraciət kimi baxılacaq və və altsistemlərdə yenidən yoxlanacaq. Məlumat əgər dəyişdirilibsə, meyar artıq müsbətdirsə, müraciətin də cavabı ümumilikdə müsbət olacaq".
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.