Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
15.04.2020, 00:06
Təhsil müəssisələri həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlərin qəbuluna qısa müddətdə başlayacaqlar.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində deyib.
Nazirin sözlərinə görə, bütün təhsil müəssisələrində bu məsələ ilə bağlı məsul şəxslər müəyyən ediləcək. Bununla bağlı məktublar artıq təhsil müəssisələrinə təqdim edilib.
C.Bayramov bildirib ki, təhsil müəssisələri bu məsələ ilə bağlı yaradılmış alt elektron sistem vasitəsilə məlumatları elektron qaydada təqdim edəcəklər. Mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələri üzrə işin koordinasiyası Təhsil Nazirliyinə həvalə edilib:
"Nazirlik öz növbəsində sifarişləri Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi maliyyələşdirməni həyata keçirəcək. Maliyyə vəsaitləri birbaşa olaraq, ali təhsil müəssisələrinə köçürüləcək".
Nazir hazırda Azərbaycanda hər iki tələbədən birinin dövlət hesabına təhsil aldığını da nəzərə çatdırıb.
C.Bayramov əlavə edib ki, əksər ali təhsil müəssisələri tədrisin dayandırılması prosesinə çox tez reaksiya verdi:
"Burada reallıq ondan ibarətdir ki, ali məktəblərimizin mövcud vəziyyətə hazırlıq səviyyəsi eyni deyildi. Elə ali təhsil müəssisələri var idi ki, onlar çox hazırlıqlı idilər, onların elektron platformaları mövcud idi, əksər materialları elektron platformada yerləşdirmişdi. Distant təhsil mərkəzləri mövcud olan ali məktəblərimiz var idi. Ancaq yaxşı xəbər ondan ibarətdir ki, ilk günlərdə bir o qədər yaxşı hazırlıq səviyyəsi olmayan digər ali məktəblər də bu prosesə çox operativ şəkildə qatıldılar".
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.