Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
564
13.04.2020, 23:13
"Cənab Prezidentin və Birinci vitse-prezidentin tapşırığına uyğun olaraq Türkiyəyə mart ayında – turist kimi, yaxud səhhəti ilə bağlı müvəqqəti gələn və geri qayıda bilməyən Azərbaycan vətəndaşlarına, tələbələrə dəstək göstərilib".
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "Real TV"yə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, bu günə qədər səfirlik vasitəsilə ölkə rəhbərliyin tapşırığına uyğun olaraq 8 mindən çox vətəndaşımıza qida, yataqxana ilə bağlı dəstək, yardım göstərilib:
"Səfirliyimizin internet səhifəsi üzərindən xüsusi forma doldurulur və ehtiyaclar qeyd olunur. Xüsusi qeyd etmək istəyirəm ki, bu yalnız o vətəndaşlara şamil edilir ki, həqiqətən də, qısamüddətli Türkiyəyə gəliblər və geri dönə bilməyiblər. Bizə müraciətlərin sayı 15 mindir. Hər gün səfirliyimiz 24 saat fəaliyyətdədir. Bu işləri yerinə yetiririk.
Qısamüddətli gələn Azərbaycan vətəndaşlarının kirayə haqları da ödənilir. Həmin şəxslər bizə müraciət edərək formanı doldururlar və harada qaldıqlarını qeyd edirlər. Biz də onların qaldığı yerə - yataqxanaya, yaxud şəxsi evin sahibinə həmin kirayə haqqını köçürürük. İndiyədək 1000-ə yaxın bu kateqoriyadan olan Azərbaycan vətəndaşına yardım edilib. Bu, daimi yaşayanlara aid edilmir".
Səfir bildirib ki, Azərbaycan Türkiyədən tibbi ləvazimatlar da alır:
"Türkiyə bu yaxınlarda müxtəlif dövlətlərə təmənnasız yardımlar göndərib. Bu sahədə Azərbaycan Türkiyədən müəyyən tibbi ləvazimatları satın alır. Digər tərəfdən, ekspertiza mübadiləsi var. Türkiyə bizə çox kömək edir. Bizim həkimlər türkiyəli həmkarları ilə sıx əməkdaşlıq edirlər. Nəyə ehtiyac olursa, Türkiyə Azərbaycanla bağlı özəl münasibət göstərir və bizim heç bir istəyimiz cavabsız qalmır".
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.