Qaynar xətt:

(+99450) 247 90 86

Həyəcanlı xəbər gəldi: Koronovirusa yoluxanların sayı 1 milyonu keçdi

Həyəcanlı xəbər gəldi: Koronovirusa yoluxanların sayı 1 milyonu keçdi

DÜNYA

811

02.04.2020, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusa yoluxanların statistikasında hər gün daha böyük göstərici müşahidə edilir. Yoluxma coğrafiyası gözlənilməz sürətlə böyüyür.

Oxu24.com xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib. Təkcə bu gün 65 minə qədər insanda infeksiya aşkarlanıb. Böyük ehtimalla sutka bitənə qədər daha bir rekord qeydə alınacaq. Dünən 76,8 min nəfərdə virus ortaya çıxmışdı.

İl ərzində 51 min 354 nəfər virusdan həyatını itirib. Sutkanın sonuna qədər bu statistikanın da dəyişəcəyinə şübhə yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virusa yoluxanların 210 min nəfərindən çoxu sağalıb.

Ən çox yoluxma ABŞ-da (235,7 min), İtaliyada (115,2 min) və İspaniyada (110,2 min) qeydə alınıb. İtaliya ölənlərin sayına görə (13,9 min) liderdir.