Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
469
02.04.2020, 17:19
Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 2 mart 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
Qeyd edək ki, indiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Eyni zamanda bu gündən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı 2 mart 2020-ci il tarixli qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 80 dəfə azaldılıb.
Bununla da TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib.
Digər reaktiv mühərrik yanacaqları üçün isə aksiz dərəcəsi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.
KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi isə qüvvədə saxlanılıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.