TƏCİLİ! Oktay Saral getdi -RƏSMİ
26 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1241
31.03.2020, 21:34
Martın 31-də Dövlət Dumasının deputatları Rusiyada qüvvədə olan karantin və ya digər sanitariya-epidemioloji qaydalarına riayət etməyənləri cəzalandıran qanun layihəsini üçüncü, son oxunuşda qəbul ediblər.
Əgər karantin pozuntusu nəticəsində insanlar yoluxur və ya ölürsə (iki və ya daha çox adam), qanun karantin qaydalarını pozanı hərəkətlərinə görə 7 ilədək həbs cəzası ilə cəzalandırmağa imkan verir.
Qanun eyni zamanda karantin qaydalarını pozanların ən azı bir nəfərin ölümünə səbəb olmasına və ya kütləvi xəstəlik təhlükəsi yaratmasına görə 1 milyondan 2 milyon rubla qədər cərimə olunmasına icazə verir.
Rusiya hökuməti bundan əvvəl Dövlət Dumasına İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər göndərməklə karantin pozuntusuna görə cərimələri - 1 milyon rubla qədər artırıb. Bu dəyişikliklər martın 31-də dərhal üç oxunuşda qəbul edilib.
Birinci dəfə karantin pozulduqda, qaydaları pozanlar aşağıdakı sanksiyalarla üzləşir:
fiziki şəxslər üçün - 15 ilə 40 min rubl arasında cərimələr,
vəzifəli şəxslər üçün - 50 manatdan 150 min rubla qədər;
hüquqi şəxslər üçün - 200 ilə 500 min rubl arasında.
Qanun pozuntuları təkrarlanırsa, ya da digər insanların sağlamlığına və ya ölümünə səbəb olarsa, lakin bu Cinayət Məcəlləsinə aid olmazsa, cərimə aşağıdakı kimidir:
vətəndaşlar üçün - 150 ilə 300 min rubla qədər,
vəzifəli şəxslər - 300 ilə 500 min rubla qədər və ya 1 ildən 3 ilədək müddətə diskvalifikasiya,
hüquqi şəxslər - 500 mindən bir milyon rubla qədər.
Dövlət Dumasının deputatı Mixail Yemelyanov əvvəlcədən izah edib ki, cərimələr həmçinin koronavirusun daşıyıcısı ilə təmasa girən, lakin özünü təcrid etməyənlər üçün də nəzərdə tutulur.
Rusiyada rəsmi məlumatlara görə, 31 mart tarixinə qədər koronavirus infeksiyasına yoluxanların sayı 2337, ölənlərin sayı isə 17 nəfərdir. Koronavirus ilə əlaqədar Rusiyanın 30 bölgəsinin rəhbərliyi vətəndaşlar üçün "özünü təcridetmə rejimi" elan edib: evdə qalmaq və yalnız ərzaq tədarükü görmək, işləmək və həkimlərə getmək, həmçinin ev heyvanlarını gəzdirmək məhdudiyyətlərə aid deyil.
Bir çox hüquqşünas tətbiq olunan məhdudiyyətləri qeyri-qanuni hesab edir: Rusiyada qanuna görə yalnız fövqəladə və ya hərbi vəziyyətlərdə insanların hərəkətini məhdudlaşdırmaq mümkündür, bu isə tətbiq edilməyib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.