Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1016
07.03.2020, 19:22
Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub.
Pravda.az xəbər verir ki, bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək.
Belə ki, hər il dövlət qurumlarında, idarə və təşkilatlarda çalışan şəxslərin övladları üçün bayram şənliyi biletləri verilirdi. Bu il isə həmin biletlər hədiyyələrlə əvəzlənib. Orada çalışan işçilərə uşaqlarına aparmaları üçün hədiyyələr təqdim olunur.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.
Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 262-yə çatıb. Bunların 57 675 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Azərbaycanda 9 nəfərdə koronavirus aşkarlanıb.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.