Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
05.03.2020, 09:45
“Azərbaycanda koronavirus (COVID-19) aşkarlanan üç xəstənin səhhətində ağırlaşma, ciddi dəyişiklik yoxdur, vəziyyətləri stabil olaraq qalır”.
Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev qeyd edib ki, koronavirus ağır gedişata malik xəstəlik deyil:
“Bu baxımdan, hamıda ağırlaşma vermir. 80 faiz insanlarda sağalma ilə nəticələnən respirator virus infeksiyasıdır. Yalnız yanaşı xroniki xəstəliyi olan şəxslərin həyati riski var. Bizdəki xəstələrin heç birində isə yanaşı ağır xəstəliklər yoxdur”.
Baş infeksionist deyib ki, Azərbaycandakı xəstələr xüsusi, ağır müalicəyə cəlb olunmayıblar:
“Onlar adi respirator qrip kimi xəstəxana şəraitində nəzarət altındadırlar. Ümid edirik ki, tez bir zamanda tam sağalıb evlərinə buraxılacaqlar”.
Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.
Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün Təbrizdə səfərdə olub.
29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.