Əfsanəvi yapon qadın Rusiyaya gəlir
20 Noyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
886
20.02.2020, 09:34
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə Serbiyaya səfər edərkən Kosovo səmasında onun təyyarəsini ABŞ-a aid zərbə pilotsuz təyyarəsi “tutmaq” istəyib. Bu haqda “İzvestiya” yazır.
Rusiyanın hərbi-diplomatik mənbələrindən bildirildiyinə görə, Şoyqunun təyyarəsi Avropa səmasında olarkən naməlum pilotsuz təyyarə ona yaxınlaşıb. İnsident zamanı nazirin təyyarəsi Kosovonun hava məkanında olub. Pilotsuz təyyarə Şoyqunun təyyarəsinə aviasiya ölçülərinə görə yaxınlaşıb, bu zaman iki təyyarə arasında məsafə 150 km. təşkil edib.
Serbiya Hərbi Hava Qüvvələri pilotsuz təyyarəni uzaqlaşdırmaq üçün havaya bir neçə MiQ-29 qırıcısını qaldırıb. Bildirilir ki, pilotsuz təyyarə Şoyqunun təyyarəsinin marşrutunu kəsən marşrutla hərəkət edirdi və bununla da Rusiya müdafiə nazirinin təyyarəsinə təhlükə yaradırdı. Qırıcıların havaya qaldırılmasından sonra pilotsuz aparat Serbiya ilə Kosovonun inzibati sərhədi boyu uçub, amma sərhədi keçməyib. Təxmin edilir ki, söhbət ABŞ-ın MQ-9 Reaper pilotsuz zərbə təyyarəsindən gedir.
Hərbi ekspert Viktor Muraxovskinin bildirdiyinə görə, belə pilotsuz təyyarələr əvvəllər Baltik dənizi və Ukrayna səmasında qeydə alınıb. Avropada RQ-9 təyyarələrinin əsas hissəsi ABŞ-a məxsusdur.
Ekspertlər qeyd edirlər ki, həmin pilotsuz təyyarə 400 kilometr radiusda radiotexniki kəşfiyyat apara, o cümlədən təyyarələrin rabitə sistemlərinin parametrlərini və idarəetməsini “ələ keçirə” bilir. Məlumdur ki, Rusiya müdafiə nazirinin təyyarəsinin göyərtəsindən həm adi, həm strateji nüvə qüvvələrini idarə etmək mümkündür. Bu baxımdan ABŞ dronunun ələ keçirə biləcəyi informasiyalar kəşfiyyat tərəfindən yüksək qiymətləndirilərdi.
Bundan əvvəl Rusiya KİV-ləri Serbiya qırıcılarının Şoyqunun təyyarəsini müşaiyət etdiyini xəbər vermişdi, ancaq bildirilir ki, söhbət fəxri eskortdan gedir. Şoyqu fevralın 17-də Belqrada səfər edib və Rusiya ilə Serbiya arasında hərbi əməkdaşlıq barədə danışıqlar aparıb. (virtualaz.org)
20:40 / 20 Noyabr 2026
12
20:33 / 20 Noyabr 2026
39
20:25 / 20 Noyabr 2026
73
20:25 / 20 Noyabr 2026
54
20:20 / 20 Noyabr 2026
54
20:18 / 20 Noyabr 2026
53
20:06 / 20 Noyabr 2026
61
20:02 / 20 Noyabr 2026
367
20:01 / 20 Noyabr 2026
54
19:50 / 20 Noyabr 2026
75
19:50 / 20 Noyabr 2026
69
19:46 / 20 Noyabr 2026
76
19:37 / 20 Noyabr 2026
91
19:37 / 20 Noyabr 2026
804
19:29 / 20 Noyabr 2026
69
19:23 / 20 Noyabr 2026
75
19:23 / 20 Noyabr 2026
72
19:16 / 20 Noyabr 2026
79
19:06 / 20 Noyabr 2026
77
18:57 / 20 Noyabr 2026
566
18:39 / 20 Noyabr 2026
86
18:30 / 20 Noyabr 2026
107
18:12 / 20 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.