Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Bu ölkədə beynəlxalq hava limanına raket zərbələri endirildi

SON DƏQİQƏ: Bu ölkədə beynəlxalq hava limanına raket zərbələri endirildi

DÜNYA

1064

07.02.2020, 23:37

Liviyada Xəlifə Haftarın rəhbərlik etdiyi silahlılar paytaxt Tripolidə yerləşən Mitiqa hava limanına hücum edib.

Oxu24.com xəbər verir ki, hava limanına bir neçə raket zərbəsi endirilib. Tələfat barədə məlumat yoxdur. Hadisədən dərhal sonra hava limanının fəaliyyəti dayandırılıb. Bütün uçuşlar təxirə salınıb. Əraziyə çox sayda təcili yardım briqadaları cəlb edilib.

Qeyd edək ki, Mitiqa beynəlxalq hava limanı Tripolinin dünya ilə mühüm nəqliyyat bağlantısı hesab olunur.