Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da fırtına tüğyan edir - 5 ölü

2020/02/07/1581088046_thumbs_b_c_14131fef75fffbd977201cccc8c5c9f0.jpg

DÜNYA

496

07.02.2020, 19:05

ABŞ-ın cənub-şərqində fırtına fəsad törədib.

Oxu24.com xəbər verir ki, əlverişsiz hava şəraiti Alabama, Karolina və Tennesi ştatlarında qəzalara səbəb olub və 5 nəfər dünyasını dəyişib.

Çox sayda ev zərər görüb.

Səlahiyyətli şəxslər fırtınaya görə 150 min evin elektriksiz qaldığını açıqlayıb. Tennesi və Kentuki ştatlarında sel və torpaq sürüşməsi olub.

Virciniada isə fövqəladə vəziyyət elan edilib.