Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2303
az

Rusiyada “Instagram” bağlana bilər

15:3628 May, 2018
1149
DÜNYA
  • A
 Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin “Instagram” sosial şəbəkəsini bağlamağa çağırıb.

Komitə sədrinin sözlərinə görə, onun vasitəsi ilə Sankt-Peterburqda terror aktı törədilib.

Bastrıkin bu bəyanatla uşaq hüquqları müvəkkillərinin qurultayında çıxış edib.

“Türkiyədə “Yandex”, “Google”un əvəzinə uşaqlar üçün ayrıca informasiya sistemi var. Biz  isə “Instagram”ı bağlaya bilmirik. Ancaq “Instagramı” həqiqətən bağlamaq lazımdır, çünki ötən il Leninqradda terror aktı “Instagram” vasitəsi ilə törədilib”, -deyə Bastrıkin bildirib.

Bastrıkin bildirib ki, saytların bloklanması ilə bağlı uzun rəsmiyyət prosedurlarına son qoymaq lazımdır.  

2017-ci ilin iyun ayında Rusiyanın FTX-i  Sankt-Peterburq metro stansiyasındakı terror aktının “Telegram”ın köməkliyi ilə həyata keçirildiyini bildirmişdi. Bəyanata əsasən, terrorçu kamikadze terror aktının təşkili və hazırlığı ilə bağlı bütün mərhələlərdə öz məkrli planlarını gizlətmək üçün beynəlxalq kuratorlarla messencer vasitəsi ilə əlaqə qurub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi
Litvanın yeni Baş naziri o seçildi
İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb