Kremldən ABŞ açıqlaması
14 Aprel 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
933
10.01.2020, 21:22
2020-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının tarixi açıqlanıb. Ay və Günəş tutulmaları zamanı dünyada təhlükəli, qorxunc hadisələrin baş verdiyini iddia edənlər var. 2020-ci il gələn kimi ABŞ iranlı generalı öldürdü, İndoneziyada daşqınlar başladı, Avstraliyada meşələr yanır, canlılar tələf olur, Liviyada hökumət böhranı dərinləşir, dünyanın müxtəlif ölkələrində etirazlar, mitinqlər səngimir.
Ümumiyyətlə, bu hadisələrin Ay və Günəş tutulması ilə əlaqəsi varmı?
Fizik Yalçın İslamzadə Lent.az -a bildirib ki, Ay və Günəş tutulmaları Yerdə müəyyən hadisələrə səbəb olur: "Ancaq bu hadisələr sizin sadaladığınız kimi "apokaliptik” mahiyyətdə deyil, daha sekulyar hadisələrdir. İnsanlar tutulmaların vaxtını hesablayır, müşahidə edir, niyə baş verdiyini izah edirlər. Tutulmalar Yerdə "astronomik aktivlik” yaradır. Ay və Günəş tutulmalarının Yerdə böyük sosial və siyasi hadisələr yaratması üçün heç bir mexanizm yoxdur”.
Y. İslamzadənin fikrincə, tutulmalarla apokaliptik hadisələr arasında nəinki səbəb-nəticə əlaqəsi, diqqətəlayiq korrelasiya belə yoxdur: "Yer üzündəki hadisələr dünya əhalisinin sürətlə artması və təbii qaynaqların - torpaq, su, minerallar - sürətlə azalması fonunda böyük dövlətlərin yeni ehtiyatlara nəzarət etmələrinin nəticəsi kimi ortaya çıxır. Bu hadisələr isə sabit siyasi sistemlərin hələ də qurula bilmədiyi Latın Amerikası, Orta Şərq və Afrikada baş verir. Böyük dövlətlər bu ərazilərdə geosiyasi üstünlük qazanmaq üçün mübarizə və müharibələr aparırlar. Paralel olaraq kosmosda üstün mövqe qazanmaq və Yerin qütblərinə nəzarət etmək üçün yarış da mövcuddur. Uzun illərdir davam edən bu mübarizələrin nəticəsi olaraq bu və ya digər tərəfdəki nüfuzlu hərbi və siyasi xadimlərin qətl edilməsi həmişə olub, generalın öldürülməsi də bu qəbildən olan hadisələrdəndir”.
Həmçinin oxuyun
Y. İslamzadənin sözlərinə görə, təbii fəlakətlər də həmişə olub, qlobal istiləşmə nəticəsində yanğın və daşqınların daha da artacağı gözləniləndir: "Bunlar Yerin indiyə qədər özünü tənzimləyə bilən ekosisteminin artıq geri dönülməz şəkildə pozulması nəticəsində baş verir. Səbəb-nəticə əlaqəsini düzgün qura bilməyən insanlar qrupu dünya siyasətini komplolarla, ya da astrologiya ilə izah etməyə cəhd edirlər. Qədimdə insanlar təbiətlə təbiətüstü arasında fərq qoymurdular. Onların dünyasında qəhrəmanlar ilahi güclərə, tanrılar insani zəiflikliklərə sahib idilər. Yunanıstanda başlayan, hadisələri təbiətüstü güclərə deyil, təbiətin öz qanunlarına istinadən izah etmə təşəbbüsləri yalnız 17-ci əsrdə yenidən canlandı. O uzun tarixi dövrdə insanlar mifoloji təfəkkürün təkmilləşdirilmiş formasına, dini izahlara müraciət edirdilər. Bu gün də mifik, dini və elmi təfəkkür yan-yana mövcuddur, hətta elmi izahlara istinad edənlərin sayı dini və mifoloji izahlara istinad edənlərdən çox azdır”.
Y. İslamzadə bildirib ki, hələ də təbiətdə normadan kənara çıxan hansısa fenomen görəndə onu fəlakət işarəsi kimi qəbul edənlər var: "Bu psixoloji mexanizmləri min illər ərzində mənimsəmişik. Həyatda qalmaq üçün mübarizədə izahı bilinməyən qorxunc bir səmavi fenomeni təhlükə kimi qəbul etmək düzgün strategiya idi. Əgər Yer, Ay ilə Günəşin arasındadırsa, Günəş şüaları Yerin atmosferindən keçərkən mavi rəng səpələnib, Ay səthinə, sadəcə qırmızı işıq düşürsə, fenomenə "Qanlı Ay” adı qoyulur və insanlar fəlakət gözləntisi içinə girirlər. Elm isə bu hadisələri az sayda elmi anlayışlara və qanunauyğunluqlara reduksiya edir və çox geniş spektrdəki təbii fenomenləri izah edir. İnsanlar Göydən həmişə qorxublar, elmin inkişafı isə dünyagörüşümüzü demistifikasiya edib, "mexanikiləşdirdi”. Bəzən insanlar həyəcan yaşamaq üçün də belə panikalara könüllü meyl edə bilərlər. Problemlərin də, həllərin də qaynağı Göy deyil, Yerdəki insanlardır”.
Y. İslamzadə qeyd edib ki, üç növ Ay tutulması baş verir: "Tam, qismi, penumbral. 2020-ci ildə bir neçə Ay tutulması olacaq, buna görə isə narahatlığa səbəb yoxdur. Sabahkı Ay tutulması penumbral tutulma olub Ay, Yerin sönük kölgəsindən keçəcək və tutulma çətinliklə müşahidə olunacaq”.
16:02 / 14 Aprel 2026
36
15:53 / 14 Aprel 2026
22
15:42 / 14 Aprel 2026
107
15:40 / 14 Aprel 2026
27
15:35 / 14 Aprel 2026
37
15:30 / 14 Aprel 2026
29
15:05 / 14 Aprel 2026
60
14:50 / 14 Aprel 2026
40
14:25 / 14 Aprel 2026
80
14:21 / 14 Aprel 2026
40
14:18 / 14 Aprel 2026
51
14:07 / 14 Aprel 2026
74
14:02 / 14 Aprel 2026
63
13:41 / 14 Aprel 2026
1032
13:39 / 14 Aprel 2026
47
13:36 / 14 Aprel 2026
51
13:32 / 14 Aprel 2026
45
13:29 / 14 Aprel 2026
163
13:18 / 14 Aprel 2026
83
12:59 / 14 Aprel 2026
77
12:20 / 14 Aprel 2026
251
12:09 / 14 Aprel 2026
2752
12:07 / 14 Aprel 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.